Ermənistanda saat 11:00-a olan seçici aktivliyi 12.2 faiz təşkil edib.
Oxu24.com xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədr müavini Laura Qalstyan məlumat verib.
“2.578 milyon vətəndaşın səsvermə hüququ var, onlardan 316.291 nəfəri artıq səs verib. İrəvanda seçici aktivliyi 13.9 faiz təşkil edib”, - Qalstyan bildirib.
***
Saat 14:00-a ola məlumata görə, Ermənistanda seçici aktivliyi 26,82% (695 626 nəfər) olub.
Ən yüksək seçici aktivliyi Zəngəzurda, ən aşağı isə Şirak vilayətindədir.
***
Saat 17:00-a olan məlumata görə, Ermənistanda seçici aktivliyi 38,17 faiz (989 972) təşkil edib.
***
Ermənistanda növbədənkənar parlamentə keçirilən seçkilərdə səsvermə 20:00-da başa çatıb və seçki məntəqələri bağlanıb.
***
Ermənistanda ümumilikdə seçkilərdə səsvermə hüququ olan insanların cəmi 49,4%-i səs verib.
Oxu24.com
ŞƏRHLƏR