Qaynar xətt:

(+99450) 247 90 86

Son dəqiqə! Polis Xocalıda əməliyyat keçirib

Son dəqiqə! Polis Xocalıda əməliyyat keçirib

SON DƏQİQƏ

3292

20.06.2021, 18:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Xocalı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Çanaqçı kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Məlumata görə, RPŞ və Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 1 690 kiloqramdan artıq olan, 2 800 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.