Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
9433
08.06.2021, 06:43
Güclü külək və leysan Şəkidə fəsadlar törədib, bir nəfərin ölümünə səbəb olub.
Oxu24.com -un məlumatına görə, ötən gün axşam saatlarından başlayaraq, ölkənin şimal-qərb bölgəsində - Balakən, Zaqatala, Qax və Şəki rayonlarında qeyri-sabit hava şəraiti hökm sürüb. Güclü küləklə müşayiət edilən qısamüddətli leysan yağıb. Bölgənin dağ çaylarında suyun səviyyəsi artıb. Güclü külək bir sıra ərazilərdə ağacları qırıb.
Şəkinin Kiş kəndindən dağlıq əraziyə yaylağa gedən üç nəfər kənd sakini geri qayıdarkən yolda leysana düşüblər. Kənd ərazisindən axan Qurcana çayını atla keçmək istəyən, 1996-cı il təvəllüdlü Şamil Əhmədov atdan yıxılaraq çaya düşüb. Suyun çox olması səbəbindən Azər Əhmədov boğularaq ölüb. Onun meyiti kənd sakinləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 25 yaşlı Azər Əhmədovun bir müddət əvvəl ailə həyatı qurduğu bildirilir.
Güclü külək və leysan yağışları səbəbindən rayonun Baş Göynük, Aşağı Göynük və Baş Şabalıd kəndlərində bir sıra ərazilərdə irigövdəli ağaclar yıxılıb, xırda suötürücü körpülərə ziyan dəyib. Qaz, elektrik və telefon xətlərinin üstünə ağacların aşması səbəbindən infrastruktura və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.
Güclü külək rayonun Birinci Biləcik kəndində, kənd sakini Asiman Bədiyevə məxsus fərdi yaşayış evində də dağıntılar törədib. İlkin məlumatlara görə, evin tavanı uçub, yan divarları aşıb. Bundan başqa, həyətyanı sahənin hasarı da bir neçə yerdən dağılıb.
Fəsadların aradan qaldırılması və dəymiş ziyanın hesablanması ilə bağlı Şəki Rayon Fövqəladə Hallar Komisiyasının əməkdaşları ərazilərə ezam edilib, müvafiq qurumlara məlumat verilib.
03:10 / 12 Noyabr 2026
52
01:25 / 12 Noyabr 2026
99
00:55 / 12 Noyabr 2026
111
00:43 / 12 Noyabr 2026
107
00:35 / 12 Noyabr 2026
234
00:33 / 12 Noyabr 2026
107
00:27 / 12 Noyabr 2026
117
00:24 / 12 Noyabr 2026
130
00:19 / 12 Noyabr 2026
140
00:17 / 12 Noyabr 2026
199
00:11 / 12 Noyabr 2026
134
23:54 / 11 Noyabr 2026
117
23:52 / 11 Noyabr 2026
121
23:50 / 11 Noyabr 2026
144
23:45 / 11 Noyabr 2026
1081
23:28 / 11 Noyabr 2026
114
23:24 / 11 Noyabr 2026
123
23:18 / 11 Noyabr 2026
135
23:09 / 11 Noyabr 2026
133
23:03 / 11 Noyabr 2026
121
23:01 / 11 Noyabr 2026
144
22:55 / 11 Noyabr 2026
118
22:38 / 11 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.