Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Operativ Qərərgah açıqlama yaydı

SON DƏQİQƏ! Operativ Qərərgah açıqlama yaydı

SON DƏQİQƏ

1124

03.06.2021, 17:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 445 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Oxu24.com-a  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325 863 nəfər müalicə olunaraq sağalıb, 4 929 nəfər vəfat edib. 3 624 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 563, bu günə qədər isə ümumilikdə 3 542 035 test icra olunub.