Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycanda məşhur televiziya bağlandı

SON DƏQİQƏ! Azərbaycanda məşhur televiziya bağlandı

SON DƏQİQƏ

2112

01.06.2021, 07:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Lider” televiziyasının və radiosunun yayımı dayandırılıb.

Oxu24.com -un  məlumatına görə, Milli Televiziya və Radio Şurası "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq, "Lider TV və Radio-Azərbaycan" MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verib.

Bununla əlaqədar "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımı 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.