Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Türkiyədən dəhşətli xəbər gəldi: Polis dərhal...

SON DƏQİQƏ! Türkiyədən dəhşətli xəbər gəldi: Polis dərhal...

SON DƏQİQƏ

1522

28.05.2021, 08:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin hüquq-mühafizə orqanları ölkədə terror aktının qarşısını alıb.

Oxu24.com  Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Diyarbəkirdə baş verib.

Belə ki, partladıcı qurğu ilə hücuma hazırlaşan terrorçu polis əməkdaşlarının sayıqlığı sayəsində zərərsizləşdirilib. Məlumata görə, Diyarbəkir polisinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları partladıcı qurğu ilə terror aktına hazırlaşan şəxsi müəyyən ediblər. Polis terrorçunun avtomobilini saxladıqda həmin şəxs partladıcı qurğunun olduğu çantanı götürərək qaçıb. Lakin polis əməkdaşları onu yaxalayıb.

Asayiş keşikçiləri çantada partladıcı qurğunun olduğunu müəyyənləşdiriblər. Bomba mina mütəxəssislərinin nəzarəti altında partladılaraq zərərsizləşdirilib.