Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistanın sərhəddə hücuma keçməsinin ŞOK SƏBƏBLƏRİ: KTMT ayağa qaldırılır və...

Ermənistanın sərhəddə hücuma keçməsinin ŞOK SƏBƏBLƏRİ: KTMT ayağa qaldırılır və...

SON DƏQİQƏ

3508

26.05.2021, 09:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ermənistan KTMT-yə 4-cü maddə (dövlətə hücum) üzrə müraciət etməyə hazırlaşır.
Təhlükəsizlik şurasınını katibi Armen Qriqoryan bu gün sərhəddə erməni hərbçisinin “ölümü”ndən danışarkən deyib ki, “böhrandan çıxış yolları, diplomatik metodlar tükənir, KTMT-yə 4-cü maddə üzrə müraciət etməkdən başqa çıxış yolu qalmır”. KTMT-yə 2-ci maddə (dövlətə hücum təhdidi) ilə müraciət edən Ermənistanın prosesi 4-cü maddəyə uyğunlaşdırmaq üçün təxribatlar törədəcəyi haqda yazmışdıq. Bu gün baş verən təxribatın məqsədi də 4-cü maddə üzrə müraciətin gündəmə gətirilməsi idi.
KTMT nizamnaməsinin 4-cü maddəsinə görə, üzvlər müraciət edən ölkəyə birmənalı şəkildə dəstək verməlidir. İrəvan Bakını təkləmək, KTMT-ni, dolayısı ilə Rusiyanı prosesə müdaxiləyə məcbur etmək, yeni imzalanacaq müqaviləni öz maraqlarına uyğunlaşdırmaq, Moskva və Ankaranı üz-üzə qoymaq, bütün bunlar baş tutmasa, seçkiöncəsi və sonrası hərbi ittifaqın - rusların dəstək verməməsindən siyasi otiyentasiyasını dəyişdirməkdə istifadə etmək istəyir. Asif Nərimanlı (Publika.az)