Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1683
02.03.2021, 12:02
Son vaxtlar həftənin ayrı-ayrı günləri, xüsusilə günün səhər saatlarında paytaxtın giriş hissələrindəki yollarda nəqliyyat sıxlığının yaranması müşahidə edilir.
Baş Dövlət Yol Polisi İdarəsindən Oxu24.com-a verilən məlumata görə, yaranmış vəziyyətlə bağlı aparılmış təhlillər göstərir ki, paytaxtın yol infrastrukturunun inkişaf etməsinə baxmayaraq yaranan sıxlıqların əsas səbəblərindən biri bəzi sürücülərin nasaz avtomobillərlə yola çıxmalarıdır:
“Belə ki, bir avtomobilin nasazlığa, yaxud yanacağının bitməsinə görə yolun hərəkət hissəsində dayanması arxadan həmin zolaqla gələn yüzlərlə digər nəqliyyat vasitələrinin də dayanmasına səbəb olur.
Arxadakı sürücülərin hərəkəti davam etdirmək niyyəti ilə qonşu zolaqlara keçmək istəkləri isə bütün zolaqlar üzrə nəqliyyatın ümumi hərəkətinə mənfi təsir göstərir ki, bu da həmin avtomobillərin təxliyə olunmasını və ya onlara texniki yardım göstərilməsini mümkünsüz edir. Artıq belə olan halda əlbəttə ki, yollar nə qədər genişləndirilsə də effekti az olacaq.
Qeyd olunanları nəzərə alaraq, hərəkət iştirakçılarının yollarda əlavə vaxt itkisinin qarşısının alınması, habelə nəqliyyatın rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə DİN Baş DYP İdarəsi bir daha sürücülərin və avtomobil sahiblərinin nəzərinə çatdırır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün vaxtlı-vaxtında texniki xidmət göstərməli və onların istismarı zamanı müəyyən edilmiş tələblərə riayət etməlidirlər.
Bu tələblərin pozulması digər hərəkət iştirakçılarının yollardan istifadə hüquqlarının pozulması ilə bərabər təcili və təxirəsalınmaz tədbirləri həyata keçirən operativ nəqliyyat vasitələrinin də hərəkətinə maneə yaratmaqla inzibati məsuliyyətə səbəb olan xəta hesab olunduğundan bu növ xətaya yol vermiş sürücülər və cavabdeh şəxslər ciddi inzibati cəza tədbirlərinə cəlb olunacaqlar”.
17:43 / 13 Noyabr 2026
1
17:30 / 13 Noyabr 2026
44
17:18 / 13 Noyabr 2026
47
17:13 / 13 Noyabr 2026
92
17:07 / 13 Noyabr 2026
59
16:59 / 13 Noyabr 2026
67
16:51 / 13 Noyabr 2026
86
16:37 / 13 Noyabr 2026
111
16:29 / 13 Noyabr 2026
88
16:08 / 13 Noyabr 2026
208
16:00 / 13 Noyabr 2026
97
15:42 / 13 Noyabr 2026
336
15:37 / 13 Noyabr 2026
101
15:30 / 13 Noyabr 2026
102
15:01 / 13 Noyabr 2026
113
14:59 / 13 Noyabr 2026
244
14:50 / 13 Noyabr 2026
133
14:46 / 13 Noyabr 2026
115
14:33 / 13 Noyabr 2026
126
14:24 / 13 Noyabr 2026
617
14:17 / 13 Noyabr 2026
502
14:12 / 13 Noyabr 2026
124
14:05 / 13 Noyabr 2026
226
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.