Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Bakıda güclü yanğın: 25 nəfər adam...

SON DƏQİQƏ

10838

01.03.2021, 23:26

Bakıda yaşayış binasında yanğın olub.

Bu barədə Oxu24.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasınin zirzəmisinə yığılan 7 ədəd xalça və istifadəyə yararsız ev əşyaları 25 m² sahədə yanıb.

Qatı tüstülənmədən binanın yuxarı mərtəbələrindən 25 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.