SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1043
04.07.2020, 12:14
“Bir çox ölkələrdə koronavirusa yoluxma sayının artması hamının ehtiyat etdiyi ikinci dalğa deyil, əksinə ilk dalğanın ikinci pik həddidir”.
Oxu24.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Proqramının direktoru Mayk Rayn deyib.
ÜST rəsmisinin sözlərinə görə, ölkələr yoluxma hallarının artımında qeydə alınan pik dalğalanmalara hazır olmalıdır:
“Dövlətlər xəstəliyin mümkün olduğu qədər daha güclü şəkildə qarşısını almağa çalışmalıdırıar. Əgər ikinci böyük dalğa olarsa ölkələr onun qarşısını almaq məsələsində ilk dalğadan lazımlı dərsləri öyrənmiş olmalıdırlar.
Yoluxma halları ilə mübarizə aparmaq üçün vaxtında xəstə sayını aşkar edə bilmək və səhiyyə sistemini gücləndirmək əsasdır”.
COVID-19 peyvəndinin sürətli şəkildə istifadəyə veriləcəyinə böyük ümid bəsləməməyə çağıran M.Rayn vurğulayıb ki, indi kütləvi peyvəndləmə işlərinin nə zaman başlayacağını demək mümkün deyil: “İlin sonuna qədər bir peyvənd sınaqdan keçirilmiş ola bilər.
Əsas məsələ isə peyvəndin kütləvi istehsalının nə qədər müddət alacağıdır. Ancaq bu gün üçün hər hansı peyvənd yoxlanışı aparıımayıb və ya virus üzərindəki hansısa təsiri araşdırılmayıb”.
Xatırladaq ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus isə qurumun Cenevrədə baş tutan mətbuat konfransında COVID-19 xəstələrinin müalicəsində təsirli olacaq dərmanlarla bağlı aparılan araşdırmaların ilk nəticələrinin iki həftə ərzində məlum olacağını bildirib.
15:28 / 14 May 2026
1
15:17 / 14 May 2026
19
15:10 / 14 May 2026
41
15:06 / 14 May 2026
41
15:02 / 14 May 2026
87
14:58 / 14 May 2026
332
14:46 / 14 May 2026
43
14:29 / 14 May 2026
163
14:23 / 14 May 2026
83
14:17 / 14 May 2026
210
14:12 / 14 May 2026
93
13:57 / 14 May 2026
897
13:51 / 14 May 2026
109
13:34 / 14 May 2026
67
13:32 / 14 May 2026
66
13:30 / 14 May 2026
60
13:27 / 14 May 2026
139
13:20 / 14 May 2026
67
13:08 / 14 May 2026
57
12:55 / 14 May 2026
68
12:44 / 14 May 2026
363
12:35 / 14 May 2026
89
12:28 / 14 May 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.