Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycanın bu bölgələrində sərt karantin rejimi tətbiq olundu

SON DƏQİQƏ! Azərbaycanın bu bölgələrində sərt karantin rejimi tətbiq olundu

SON DƏQİQƏ

2328

02.07.2020, 20:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib. 

Oxu24.com -un  xəbərinə görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında əksini tapıb.

Verilən məlumata görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi  2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.