Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Bakıda həkimlər kütləvi şəkildə koronavirusa yoluxdu

SON DƏQİQƏ! Bakıda həkimlər kütləvi şəkildə koronavirusa yoluxdu

SON DƏQİQƏ

1189

27.06.2020, 12:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağciyər Xəstəlikləri İnstitutunun 11 əməkdaşı koronavirusa yoluxub.

Oxu24.com  xəbər verir ki, son 3 gün ərzində tibb işçiləri Məmmədova Bikəxanım, Əliyeva Yeganə, Hüseynova Süsən, Nailə Ağayeva, Kərimova Jalə, Fazilə, Səba, Aygün, Şəlalə və Pərvanə adlı təmizlik işçisində (sanitarka) COVİD-19 aşkarlanıb. Yoluxanlar çalışdıqları institutda müalicə alırlar. 

Ağciyər Xəstəlikləri İnstitutunun bir müddət əvvəl yoluxan 70 yaşlı əməkdaşı, bronxoloq Faiq Ağayev hazırda ATU-nun Tədrisi Cərrahiyyə Klinikasında yatır. Vəziyyəti çox ağırdır. Ölüm təhlükəsi var.

Ağciyər Xəstəlikləri İnstitutunda baş verənləri araşdıran ictimai vəkil Samir Zeynalov BAKU.WS-ə açıqlamasında vəziyyətin acınacaqlı olduğunu bildirdi:

"İndiyədək institutun 20-yə yaxın işçisi koronavirusa yoluxub. Çünki müəssisənin maddi-texniki bazası, heyətinin təhlükəsizliyi və institutun rəhbərliyi koronavirusla mübarizə strategiyasına qətiyyən uyğun deyil. Məndə olan məlumata görə, yoluxanların bir çoxları xəstə olduqları halda işlərinə davam edir. Şəlalə adlı tibb işçisinin qardaşı koronavirusdan ölüb, anasının da vəziyyəti ağırdır. Onlara virusun məhz Şəlalə xanımdan keçdiyi güman edilir. Yoluxanlardan birinin hamilə olduğu bildirilir.

Qeyd edim ki, Faiq Ağayevin 70 yaşı var. 65 yaşdan yuxarı şəxslərin çölə çıxması qadağan olunduğu bir ərəfədə o işə çıxıb və nəticəsi göz qabağındadır.

İnstitutda virusla mübarizə üçün tibb işçilərinin zəruri tibbi ləvazimatlarla təmin olunmasında ciddi çatışmazlıqlar və laqeydlik mövcuddur. Tibb işçiləri maska, biomühafizəedici geyim, spirt, əlcək və digər tibbi ləvazimatların qıtlığından əziyyət çəkir. Bu isə onların və virusun yoluxma riskinin artması baxımından bir çox insanların həyatının təhlükə qarşısında qalması deməkdir. İnstitutda tibb işçiləri arasında yoluxma hallarının ciddi şəkildə artmasının səbəbi məhz bu amildir".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva BAKU.WS-ə açıqlamasında məsələyə aydınlıq gətirib: 

"İnstitutdan mənə verilən məlumata görə, yoluxanlar COVİD-19 xəstələri ilə işləməyən əməkdaşlardır. İlk olaraq texniki işçilər arasında yoluxma baş verib. Onlar da xəstəxanadan kənarda yoluxublar. Həmin yoluxanlar virusu xəstəxanaya gətiriblər və təmas nəticəsində əməkdaşlar arasında yoluxma baş verib. Bəli, işçilər arasında yoluxma var, amma buna kütləvi yoluxma demək olmaz".   

 

 

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

21:11 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

128

0
Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

130

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

153

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

133

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

155

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

147

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

149

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

254

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

141

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

1077

0
Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

19:21 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

140

0
Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

19:14 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

145

0