SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
2569
06.02.2020, 15:49
Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli Sərəncamın icrası olaraq, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, bu artım Prezident İlham Əliyevin tapşırığı ilə ötən il sosial ödənişlərin artırılması sahəsində inqilabi addımların atılmasını təmin edən, 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan uğurlu sosial islahatların 2020-ci ildə də davam etdiyini göstərir.
Sərəncamla pensiyaların orta aylıq əmək haqqının 2019-cu il üzrə artım göstəricisinə uyğun şəkildə indeksləşdirilərək 16,6 faiz artırılması sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıları (pensiyaçıların 93 faizi və ya 1 milyon 120 minə yaxını) əhatə edəcək. Artımın həyata keçirilməsi məqsədilə illik təxminən 560 milyon, aylıq 47 milyon manat əlavə vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına maliyyələşdiriləcək.
Bu artımdan sonra orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlir.
Həmçinin oxuyun
Artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Misal üçün, şəxsin pensiyası 400 manatdırsa, bu məbləğ yanvarın 1-dən 16,6 faiz, yəni 66,4 manat artırılmaqla 466,4 manata çatdırılacaq, yanvar ayının 66,4 manat artımı da fevral ayında veriləcək, yəni şəxs fevral ayında yanvar ayının artımı ilə birgə (466.4+66,4) 532.8 manat pensiya alacaq.
Bununla bərabər, Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri də yanvarın 1-dən indeksləşdirilməklə 2,6 faiz artırılır.
15:45 / 31 Yanvar 2026
1
15:35 / 31 Yanvar 2026
28
15:28 / 31 Yanvar 2026
20
14:34 / 31 Yanvar 2026
539
13:57 / 31 Yanvar 2026
64
13:45 / 31 Yanvar 2026
77
13:15 / 31 Yanvar 2026
164
12:54 / 31 Yanvar 2026
727
12:48 / 31 Yanvar 2026
92
12:20 / 31 Yanvar 2026
872
11:51 / 31 Yanvar 2026
569
11:48 / 31 Yanvar 2026
82
11:02 / 31 Yanvar 2026
83
11:00 / 31 Yanvar 2026
72
10:49 / 31 Yanvar 2026
319
10:40 / 31 Yanvar 2026
139
10:31 / 31 Yanvar 2026
3618
10:19 / 31 Yanvar 2026
1178
09:37 / 31 Yanvar 2026
108
09:23 / 31 Yanvar 2026
204
09:19 / 31 Yanvar 2026
175
09:17 / 31 Yanvar 2026
191
09:07 / 31 Yanvar 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.