Qaynar xətt:

(+99450) 247 90 86

Təzə bişmiş şirniyyat qoxusunun insan davranışına təsiri var - Maraqlı araşdırma

Təzə bişmiş şirniyyat qoxusunun insan davranışına təsiri var - Maraqlı araşdırma

CƏMİYYƏT

51

20.11.2026, 20:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Amerikalı və fransalı alimlər müəyyən ediblər ki, təzə bişmiş çörək, şirniyyat və qəhvə qoxusu insanların ətrafdakılara kömək etmək istəyini artıra bilər.

Oxu24.com xəbər verir ki, bu qənaətə ictimai yerlərdə və mağazaların yaxınlığında insanların davranışlarını araşdıran psixoloqlar gəliblər.

Bu sahədə ilk təcrübələrdən birini amerikalı tədqiqatçı Robert Baron aparıb. O, insanların yerə düşmüş qələmi qaldırmaq və ya pul xırdalamaq kimi sadə kömək xahişlərinə reaksiyasını müşahidə edib. Tədqiqatın nəticələri “Personality and Social Psychology Bulletin” jurnalında dərc olunub.

Nəticələr göstərib ki, çörəkbişirmə sexlərinin, kafelərin və şirniyyat mağazalarının yaxınlığında olan insanlar yad şəxslərə kömək etməyə geyim mağazalarının ətrafında olanlarla müqayisədə daha çox razılıq verirlər.

Alimlər bu təsiri xoş qoxuların insanın emosional vəziyyətinə təsiri ilə izah edirlər. Onların fikrincə, xoş ətirlər əhval-ruhiyyəni yaxşılaşdırır, insanları ətrafdakılara qarşı daha diqqətli edir və başqalarının kömək xahişlərinə müsbət cavab verməyə sövq edir.

Daha sonra fransalı psixoloq Nikola Gigen də oxşar təcrübə aparıb. Onun əldə etdiyi nəticələrə görə, çörək mağazasının yaxınlığında yoldan keçənlər təsadüfən yerə salınmış əşyanı təxminən 75 faiz hallarda sahibinə qaytarıblar. Geyim mağazasının yaxınlığında isə bu göstərici təxminən 50 faiz olub.

Bu fenomen qeyri-rəsmi olaraq darçınlı bulka qoxusu ilə tanınan məşhur “Cinnabon” şirniyyat şəbəkəsinin adı ilə “Cinnabon effekti” adlandırılıb.

Beləliklə, araşdırmalar göstərir ki, ətraf mühit, hətta adi qoxular belə insanların gündəlik davranışlarına, o cümlədən yad insanlara qarşı mehribanlığına və kömək etmək istəyinə təsir göstərə bilər.

Bununla belə, alimlər qeyd edirlər ki, xoş qoxu insanın mütləq altruist davranacağına zəmanət vermir və bu təsir bütün şəraitlərdə eyni şəkildə özünü göstərmir.Bizim.Media