Yeni dünya nizamında Azərbaycanın siyasi manevr imkanları -ŞƏRH
20 Noyabr 2026, 20:18
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
29
20.11.2026, 20:25
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə yola düşüb. İki ölkə arasında tarixi dostluq ənənələrinə söykənən münasibətlər son illər yüksələn xətlə inkişaf edərək yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Xüsusilə 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Bakıya səfəri zamanı strateji tərəfdaşlıq haqqında qəbul edilmiş Birgə Bəyanat ikitərəfli əməkdaşlığın hüquqi-siyasi çərçivəsini müəyyənləşdirib. Hazırkı səfər isə həmin yüksək səviyyəli razılaşmaların konkret iqtisadi, siyasi və institusional nəticələrə çevrilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Tərəflər arasında energetika, nəqliyyat-logistika, investisiya və beynəlxalq platformalarda qarşılıqlı dəstək məsələlərinin müzakirəsi gündəmin əsas istiqamətlərini təşkil edir. Bu səfər həm də Cənubi Qafqaz və Cənub-Şərqi Asiya regionları arasında strateji bağlantıların möhkəmlənməsinə xidmət edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Prezident İlham Əliyevin Vyetnama baş tutan rəsmi səfəri Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın 2025-ci ilin mayında Bakıya səfəri zamanı qəbul edilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın hüquqi və siyasi çərçivəsini praktik müstəviyə keçirən mühüm mərhələdir.
Deputatın sözlərinə görə, səfər siyasi-hüquqi baxımdan ikitərəfli münasibətlərin tarixi dostluq ənənələrindən – 1959-cu il Ho Şi Min və 1983-cü il Heydər Əliyevin səfərlərindən formalaşan beynəlxalq hüquqi və institusional bazaya transformasiyasını nümayiş etdirir:
“Beynəlxalq münasibətlər sistemində suveren bərabərlik, daxili işlərə qarışmama və ərazi bütövlüyünə hörmət prinsiplərinə söykənən bu dialoq, həmçinin BMT, Qoşulmama Hərəkatı və AQEM kimi çoxtərəfli platformalarda qarşılıqlı dəstək və hüquqi-siyasi həmrəylik mexanizmlərini möhkəmləndirir. İnstitusional və normativ-hüquqi əməkdaşlığın genişlənməsi səfər çərçivəsində aparılan müzakirələrin əsas xəttini təşkil edir. Vyetnamın Azərbaycanda səfirliyinin açılması və mövcud diplomatik təmsilçiliklərlə yanaşı, hökumətlərarası komissiyanın, parlamentlərarası əlaqələrin və hakim partiyalararası təmasların fəallaşdırılması ikitərəfli öhdəliklərin icrasına hüquqi-təşkilati zəmin yaradır”.
Bəhruz Məhərrəmov qeyd edib ki, SOCAR və “PetroVietnam” arasında imzalanmış Anlaşma Memorandumu, “ROX Group” ilə əldə olunmuş investisiya razılaşmaları və birgə biznes şurasının fəaliyyəti müqavilə-hüquqi bazanın iqtisadi məzmunla dolğunlaşdığını göstərir:
“Gələcək perspektivdə Azərbaycan ilə Vyetnam arasında əməkdaşlıq energetika, nəqliyyat-logistika, müdafiə sənayesi və humanitar sahələrdə şaxələnmə potensialına malikdir. Orta Dəhliz və “Şimal-Cənub” marşrutları vasitəsilə tranzit daşımaların artırılması, neft məhsullarının ixracı və bərpaolunan enerji layihələri tərəflərə regional bazarlara çıxış və strateji bağlantı imkanları açır. Bundan əlavə, Vyetnamın ASEAN ilə əlaqələrdə, Azərbaycanın isə Cənubi Qafqaz və regional təşəbbüslərdə oynadığı rol nəzərə alındıqda, bu səfər iki dövlət arasında uzunmüddətli, institusionallaşmış və qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşməsinə xidmət edir”.
Çimnaz Telmanqızı
20:25 / 20 Noyabr 2026
9
20:20 / 20 Noyabr 2026
27
20:18 / 20 Noyabr 2026
34
20:06 / 20 Noyabr 2026
47
20:02 / 20 Noyabr 2026
272
20:01 / 20 Noyabr 2026
46
19:50 / 20 Noyabr 2026
65
19:50 / 20 Noyabr 2026
61
19:46 / 20 Noyabr 2026
69
19:37 / 20 Noyabr 2026
83
19:37 / 20 Noyabr 2026
705
19:29 / 20 Noyabr 2026
64
19:23 / 20 Noyabr 2026
71
19:23 / 20 Noyabr 2026
66
19:16 / 20 Noyabr 2026
72
19:06 / 20 Noyabr 2026
75
18:57 / 20 Noyabr 2026
526
18:39 / 20 Noyabr 2026
81
18:30 / 20 Noyabr 2026
104
18:12 / 20 Noyabr 2026
92
18:06 / 20 Noyabr 2026
98
17:54 / 20 Noyabr 2026
100
17:48 / 20 Noyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.