Təzə bişmiş şirniyyat qoxusunun insan davranışına təsiri var - Maraqlı araşdırma
20 Noyabr 2026, 20:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
34
20.11.2026, 21:52
Məşhur Britaniya lüğəti “Cambridge Dictionary” 2026-cı ilin sözü kimi “human” (“insan”) sözünü seçib.
Oxu24.com xəbər verir ki, bu seçim süni intellektin sürətli inkişafı və onun insan həyatına təsiri ilə bağlı dünyada artan narahatlıqlarla əlaqələndirilir.
Lüğətin tərtibçilərinin fikrincə, bu gün adi görünən “insan” sözü insanların öz şəxsiyyətini, yaradıcılıq qabiliyyətini və fərdiliyini qoruyub saxlamaqla bağlı narahatlıqlarını əks etdirir.
Alqoritmlərin getdikcə daha çox prosesi idarə etdiyi dünyada insanla maşın arasındakı sərhədlər də müzakirə mövzusuna çevrilib.
Lüğətin leksikoqrafı Kolin Makintoş bildirib ki, neyron şəbəkələrin inkişafı insanlıq anlayışına münasibəti dəyişib. Zehni tapşırıqların maşınlara həvalə edilməsi nəticəsində mühüm bacarıqların itirilməsi qorxusu müxtəlif sahələrin nümayəndələrini süni intellektdən asılılıq səviyyələrini yenidən nəzərdən keçirməyə vadar edib.
“Cambridge Dictionary” lüğətində “human” sözü insanlara xas olan keyfiyyətlərə, çatışmazlıqlara və hisslərə malik olmaq kimi izah edilir. Bu anlayış insanı tanrılardan, heyvanlardan və maşınlardan fərqləndirən xüsusiyyətləri ifadə edir.
İlin sözünün seçilməsində süni intellekt sahəsində tanınmış alimlərin fikirləri də nəzərə alınıb. Onların arasında Nobel mükafatı laureatı, süni intellekt sahəsinin qabaqcıllarından biri Cefri Hinton da var. O, daha əvvəl insanların yadplanetli varlıqlara bənzər sistemlər yaratdığını bildirib və bu qarşıdurmada bəşəriyyətin tərəfində olduğunu vurğulayıb.
Qeyd edək ki, süni intellekt mövzusu son illərdə dünyanın aparıcı lüğətlərinin ilin sözlərinin seçimində əsas yer tutur.
2023-cü ildə “Collins” “AI” (süni intellekt), “Merriam-Webster” “authentic” (həqiqi), “Cambridge Dictionary” isə “hallucinate” (hallüsinasiya yaratmaq) sözünü seçib.
Digər böyük lüğətlər isə 2026-cı ilin noyabrında Z nəslinin gənclər arasında populyar olan jarqonlarına üstünlük veriblər. “Collins” “mogging”, “Dictionary.com” isə “maxxing” sözünü ilin sözü seçib.Bizim.Media
21:48 / 20 Noyabr 2026
35
21:21 / 20 Noyabr 2026
62
20:50 / 20 Noyabr 2026
110
20:40 / 20 Noyabr 2026
131
20:33 / 20 Noyabr 2026
100
20:25 / 20 Noyabr 2026
187
20:25 / 20 Noyabr 2026
105
20:20 / 20 Noyabr 2026
109
20:18 / 20 Noyabr 2026
100
20:06 / 20 Noyabr 2026
102
20:02 / 20 Noyabr 2026
653
20:01 / 20 Noyabr 2026
97
19:50 / 20 Noyabr 2026
122
19:50 / 20 Noyabr 2026
103
19:46 / 20 Noyabr 2026
107
19:37 / 20 Noyabr 2026
135
19:37 / 20 Noyabr 2026
1139
19:29 / 20 Noyabr 2026
103
19:23 / 20 Noyabr 2026
116
19:23 / 20 Noyabr 2026
106
19:16 / 20 Noyabr 2026
109
19:06 / 20 Noyabr 2026
108
18:57 / 20 Noyabr 2026
686
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.