Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub
20 Noyabr 2026, 15:58
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
46
20.11.2026, 18:12
Bakının Zirə qəsəbəsində fərdi yaşayış evlərinə girərək qızıl-zinət əşyaları, mobil telefonlar və tikinti alətləri oğurlayan iki nəfər uzunmüddətli həbs cəzasına məhkum edilib.
Oxu24.com -un məlumatına görə, 1991-ci il təvəllüdlü G.H. 3 il, 1990-cı il təvəllüdlü K.L. isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar yeznə və qayın olublar.
Məhkəmənin müəyyən etdiyi hallara görə, 1991-ci il təvəllüdlü G.H. 2026-cı ilin fevral ayında Zirə qəsəbəsində yerləşən iki fərdi yaşayış evinə gecə saatlarında daxil olaraq oğurluq edib. O, evlərdən qızıl sırğa, sep və üzüklər, eləcə də elektrik naqili, laqonda, drellər, su nasosu, kombi kollektoru və perforator aparıb.
İlk hadisə nəticəsində zərərçəkmişə 930 manat, ikinci hadisə nəticəsində isə 1500 manat məbləğində ziyan dəyib.
Bundan başqa, G.H. qayını K.L. ilə əlbir olaraq Zirə qəsəbəsi, Ağamalı küçəsində yerləşən Nəcəf İbrahimovun evinə də girib. Bu dəfə evdən 400 manatlıq “Redmi” və 600 manatlıq “Honor” markalı mobil telefonlar, eləcə də ümumi dəyəri 3000 manat olan qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkmişə ümumilikdə 4000 manat ziyan dəyib.
İstintaq materiallarına əsasən, oğurluq zamanı K.L. evin həyətinə daxil olaraq əmlakı götürüb, G.H. isə küçədə dayanaraq ətrafı müşahidə edib. Onlar oğurladıqları əşyaları sonradan sataraq əldə etdikləri pulları şəxsi ehtiyaclarına xərcləyiblər.
Məhkəmədə hər iki şəxs ittihamı tam qəbul etməyib. Onlardan biri oğurluqları tək törətdiyini, digəri isə ümumiyyətlə, hadisələrdə iştirak etmədiyini və ibtidai istintaq zamanı təzyiq altında etirafedici ifadə verdiyini bildirib. Lakin məhkəmə müdafiəçilərin iştirakı ilə verilmiş ilkin ifadələri, üzləşdirmə və hadisə yerində ifadələrin yoxlanılması protokollarını, eləcə də digər sübutları əsas götürərək onların bu iddialarını inandırıcı hesab etməyib.
Qeyd edək ki, hər iki şəxsin əvvəllər də oğurluq cinayətinə görə məhkum edildiyi məlum olub. Onlar əvvəlki cəzalarından şərti olaraq vaxtından əvvəl azad edilsələr də, məhkumluqları ödənilməmiş qalıb. Məhkəmə bu halı cinayətlərin residivi kimi qiymətləndirərək cəzanı ağırlaşdıran hal hesab edib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə G.H. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 il, K.L. isə 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.Qaynarinfo
18:30 / 20 Noyabr 2026
11
18:06 / 20 Noyabr 2026
56
17:54 / 20 Noyabr 2026
63
17:48 / 20 Noyabr 2026
69
17:34 / 20 Noyabr 2026
78
17:26 / 20 Noyabr 2026
85
17:14 / 20 Noyabr 2026
165
17:12 / 20 Noyabr 2026
104
17:09 / 20 Noyabr 2026
91
17:05 / 20 Noyabr 2026
100
16:58 / 20 Noyabr 2026
127
16:54 / 20 Noyabr 2026
99
16:43 / 20 Noyabr 2026
392
16:21 / 20 Noyabr 2026
126
16:20 / 20 Noyabr 2026
125
16:05 / 20 Noyabr 2026
111
15:58 / 20 Noyabr 2026
108
15:55 / 20 Noyabr 2026
113
15:48 / 20 Noyabr 2026
120
15:35 / 20 Noyabr 2026
114
15:25 / 20 Noyabr 2026
145
15:23 / 20 Noyabr 2026
150
15:19 / 20 Noyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.