Bakıda həkimin bağbanı villada sürücünü bıçaqladı - Video
20 Noyabr 2026, 23:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
54
21.11.2026, 00:12
Bakıda gəlinini döyən qayınataya cinayət işi açılıb.
Oxu24.com lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.
66 yaşlı Bəhruz Səfərov (şərti adla) yaşadıqları evdə gəlini Firuzənin (şərti adla) sifət və qol nahiyələrinə sillə ilə zərbələr vurub. Nəticədə qadın bir sıra xəsarətlər alıb.
Zərərçəkənin şikayəti əsasında B. Səfərov barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs bildirib ki, gəlini Firuzə işdən gələndən sonra nəvələrini danladığı üçün əsəbiləşərək, onu vurub. Onun sözlərinə görə, nəvəsi şirniyyat istəyib, lakin gəlini verməyib və uşağı danlayıb. Bəhruz Səfərov bildirib ki, gəlinindən üzr istəməyib, uzun müddətdir Firuzə ilə danışmırlar.
Evdə onunla danışmağa çalışsa da, gəlini reaksiya verməyib. O, nəvələri üçün hər şey etdiyini, gəlininin isə onlarla münasibətini götürə bilmədiyini qeyd edib. B. Səfərov əməlindən peşman olduğunu deyib.
Zərərçəkən Firuzə isə bildirib ki, 6 aydır qayınatası ilə danışmırlar. İşdən gələndən sonra oğlunun dərslərindən zəif qiymət aldığı üçün oğlunu danlayıb. Bundan sonra otağına keçəndə qayınatası gələrək, onu döyüb. Onun sözlərinə görə, Bəhruz elə onu döymək üçün fürsət axtarıb. Firuzə bildirib ki, həyat yoldaşı ilə faktiki olaraq ayrılıblar. Küsülü olduqları üçün əri və qayınatası ayrı otaqda, o və uşaqları isə ayrı otaqda qalır. Evin giriş qapıları da ayrıdır.
Zərərçəkən gəlin qayınatasını bağışlamadığını deyərək, ona ciddi cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə Bəhruz Səfərov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
19:46 / 20 Noyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.