MŞ-nin komissiya sədri media müsabiqələri ilə bağlı yenilikləri izah edib
20 Noyabr 2026, 19:29
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
40
20.11.2026, 19:50
Ermənistanın baş naziri Nikol Paşinyanın parlament müxalifətini Azərbaycanla yekun sülhə gedən yolda maneə kimi qiymətləndirməsi və bu istiqamətdə iki yol göstərməsi ölkədə daxili siyasi gərginliyi artırıb. Paşinyan ya ictimai təzyiq yaratmaqla müxalifəti mövqeyindən imtina etməyə vadar etməli olduqlarını, ya da siyasi prosesləri müxalifətin bu hissəsinin parlamentdə təmsil olunmayacağı şəkildə yönləndirməli olduqlarını bildirib. Baş nazir rəhbərlik etdiyi siyasi qüvvənin bu addımları atmaq üçün kifayət qədər siyasi iradəyə malik olduğunu da vurğulayıb.
Məsələ ilə bağlı Oxu24.com-a danışan politoloq Asif Nərimanlı Ermənistandakı mövcud vəziyyəti, konstitusiya dəyişikliyi ətrafında yaranan böhranı və bunun sülh prosesinə təsirlərini şərh edib.
"Paşinyan hakimiyyəti konstitusion çoxluğu təmin edə bilmədi"
Asif Nərimanlı bildirib ki, Ermənistandakı vəziyyəti təhlil etdikdə yeni konstitusiyanın qəbulu, xüsusilə bununla bağlı referendumun keçirilməsi məsələsinin siyasi böhrana səbəb olduğu görünür. Onun sözlərinə görə, bunun əsas səbəbi son seçkidə Paşinyan hakimiyyətinin konstitusion çoxluğu təmin edə bilməməsidir:
”Hakimiyyət hökuməti təkbaşına formalaşdıra biləcək qədər səs toplasa da, parlamentdə referendum qərarını qəbul etdirə bilmir. Belə bir qərarın çıxarılması üçün parlamentin üçdə ikisinin — yəni 70 deputatın dəstəyi lazımdır.
”Mülki Müqavilə" partiyasının parlamentdə 64 mandatı var və referendumun keçirilməsi qərarı üçün əlavə 6 deputatın dəstəyi tələb olunur.
Müxalifət buna etiraz etdiyindən, Azərbaycanla yekun sülh sazişinin imzalanması və sülh prosesinin tamamlanması çətinləşir, çünki Azərbaycanın əsas tələblərindən biri Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu müddəaların dəyişdirilməsidir”
Politoloqun fikrincə, yaranmış vəziyyətdə Paşinyan hakimiyyətinin qarşısında bir neçə yol dayanır:
1.Müxalifətdən səslərin cəlb edilməsi: Ən azı 6 deputatın öz tərəfinə çəkilməsi, lakin əksəriyyəti revanşist mövqedə olan və vahid komanda kimi çıxış edən müxalifət baxımından bu variant çətin görünür.
2.İctimai təzyiq dalğasının yaradılması: Müxalifətə qarşı ictimai təzyiqin artırılması, parlament binasının tərəfdarlar vasitəsilə bloklanması və ya etirazlarla qərarın qəbuluna razı salınmağa cəhd edilməsi.
3.Növbədənkənar parlament seçkiləri: Digər variantlara nail olunmasa, sonuncu yol kimi növbədənkənar parlament seçkilərinin keçirilməsi qalır; burada hakimiyyətin mesajı odur ki, seçkilər keçirilərsə, mövcud müxalifət ümumiyyətlə seçkiyə buraxılmaya bilər.
Asif Nərimanlı vurğulayıb ki, baş nazirin açıqlamaları hazırkı dövrdə müxalifətə ünvanlanan xəbərdarlıq mesajıdır. Əgər müxalifət referendumun keçirilməsinə razı olmasa, növbədənkənar seçkilərə gediləcək və həmin seçkidə hazırkı qüvvələrə qarşı sərt addımlar atılacaq.
"Bu məsələ həllini bilməsə, regionun gələcəyi risk altına düşə bilər"
Politoloqun qənaətincə, baş verənlər təkcə Ermənistanın daxili məsələsi deyil, həm də postmüharibə və postmünaqişə dövründə regionun gələcəyi ilə bağlı həlledici amillərdəndir. O qeyd edib ki, konstitusiya dəyişməyəcəyi təqdirdə sülh sazişinin imzalanması problemli olacaq. Bu isə həm regional kommunikasiyaların açılmasına, həm də sülhlə bağlı praktiki müstəvidə atılan addımların davamına təsir göstərəcək, sülh məsələsini arxa plana keçirərək regionda yeni eskalasiyanın inkişafına zəmin yarada bilər.
Çimnaz Telmanqızı
19:50 / 20 Noyabr 2026
2
19:46 / 20 Noyabr 2026
44
19:37 / 20 Noyabr 2026
55
19:37 / 20 Noyabr 2026
462
19:29 / 20 Noyabr 2026
53
19:23 / 20 Noyabr 2026
63
19:23 / 20 Noyabr 2026
59
19:16 / 20 Noyabr 2026
63
19:06 / 20 Noyabr 2026
63
18:57 / 20 Noyabr 2026
424
18:39 / 20 Noyabr 2026
74
18:30 / 20 Noyabr 2026
99
18:12 / 20 Noyabr 2026
84
18:06 / 20 Noyabr 2026
92
17:54 / 20 Noyabr 2026
96
17:48 / 20 Noyabr 2026
95
17:34 / 20 Noyabr 2026
108
17:26 / 20 Noyabr 2026
120
17:12 / 20 Noyabr 2026
122
17:09 / 20 Noyabr 2026
106
17:05 / 20 Noyabr 2026
113
16:58 / 20 Noyabr 2026
161
16:54 / 20 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.