Qaynar xətt:

(+99450) 247 90 86

Bu şəxslərin maaşı artırıla bilər – Yeni hesablama qaydası

Bu şəxslərin maaşı artırıla bilər – Yeni hesablama qaydası

CƏMİYYƏT

38

20.11.2026, 23:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda əlavə iş saatlarına görə əməkhaqqının hesablanması mexanizminin dəyişdirilməsi nəzərdə tutulur. Yeni yanaşmaya əsasən, iş vaxtından artıq işləyən şəxslərə ödəniş xüsusi əmsallar əsasında hesablanacaq.

Oxu24.com   xəbər verir ki,bu barədə deputat Vüqar Bayramov əmək qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərdən danışarkən bildirib.

Onun sözlərinə görə, mövcud qaydalarda işçinin gündəlik 8 saatlıq iş vaxtından artıq çalışdığı hallarda əlavə saatların ödənişinin hesablanmasında müəyyən çətinliklər yaranır:

“Məsələn, işçi gündə 8 saat əvəzinə 10 saat işlədikdə əlavə 2 saatın dəyərinin hesablanması hər zaman aydın mexanizm əsasında aparılmırdı. Bunun səbəblərindən biri saatlıq minimum əməkhaqqının ayrıca müəyyən edilməməsi idi.

Yeni dəyişikliklər bu məsələnin daha dəqiq tənzimlənməsinə imkan verəcək. Əlavə iş saatları üçün xüsusi əmsallar tətbiq olunacaq. Onun təqdim etdiyi nümunəyə əsasən, işçinin adi saatlıq əməkhaqqı 50 manatdırsa, əlavə işlədiyi saat üçün ödəniş ən azı 100 manat təşkil edə bilər”.

V.Bayramov əlavə edib ki, saatlıq minimum əməkhaqqının müəyyənləşdirilməsi də əlavə iş saatlarının hesablanmasını asanlaşdıracaq:

“Nəzərdə tutulan dəyişikliklərin əsas məqsədi iş vaxtından artıq çalışan şəxslərin əməyinin daha düzgün qiymətləndirilməsi və əlavə iş saatlarına görə ödənişlərin şəffaflaşdırılmasıdır”.banker.az