SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
795
04.02.2020, 12:25
Azərbaycanın baş infeksionisti Cəlal İsayev özünü müxalifətçi adlandıran Elvin Abdullazadə adlı şəxsin Azərbaycanda 12 nəfərin koronavirusdan ölməsi ilə bağlı sosial şəbəkədə yazdığı məlumatlara münasibət bildirib.
C.İsayev Trend-ə açıqlamasında həmin məlumatı təkzib edərək bildirib ki, belə xəbərlərin yayılmasında məqsəd insanlar arasında ajiotaj yaratmaqdır:
"Azərbaycanda 12 nəfər koronavirusdan ölsə, belə sakitlik olar?! Heç mümkündürmü ki, onların birinin də olsa qohumu heç nə deməsin?! Bu məlumat tamamilə yalandır".
Baş infeksionist Azərbaycanda indiyədək koronavirusa yoluxma halının qeydə alınmadığını da söyləyib.
Mütəxəssis əlavə edib ki, koronavirusa yoluxma zamanı insanlarda müşahidə edilən ilkin əlamətlər kəskin respirator virus xəstəliklərindəki kimi olur:
Həmçinin oxuyun
"Bu zaman insanlarda zökəm əlamətləri - burun tutulma, asqırma, halsızlıq, hərarətin yüksəlməsi və s. olur. Əgər xəstəlik ağır gedişatlı olarsa, ağciyər çatışmazlığı baş verir, bu da sonda ölümə səbəb ola bilir. Amma bu, o demək deyil ki, kiminsə boğazında qıcıqlanma varsa, o, koronavirusa yoluxub. Bu gün bu virus ölkəmizdə yoxdur və gətirilməsi ehtimalı da azdır".
C.İsayev koronavirusun sənaye malları vasitəsilə ölkəmizə gətirilməsini də mümkün saymayıb:
"Bu virusun mənbəyi inək, qoyun, donuz, keçi, eləcə də it, pişik və s. ola bilər. Belə xəstə ev heyvanlarından alınan qida məhsullarından istifadə etdikdə virus insana keçə bilər. Lakin indiki virusun təhlükəliliyi ondan ibarətdir ki, virus insanlara hava-damcı yolu ilə keçir. Onun insanlara sənaye malları vasitəsilə keçirilməsi mümkünsüzdür".
Koronavirusun istiyə davamlı olmadığını söyləyən baş infeksionist bildirib ki, koronavirus 37 dərəcə istidə 15 dəqiqəyə, otaq temperaturunda isə 3-4 saata məhv olur. O, havalar istiləşdikcə bu virusa yoluxma halının azalacağını da nəzərə çatdırıb.
Qeyd edək ki, özünü müxalifətçi adlandıran Elvin Abdullazadə adlı şəxs sosial şəbəkədə Azərbaycanda 12 nəfərin koronavirusdan öldüyünü, lakin dövlət qurumlarının bunu gizlətdiklərini söyləyib. O, ölən şəxslərdən birinin hətta qohumu olduğunu iddia edir.
E.Abdullazadənin fikrincə, virus ölkəmizə Çindən gətirilən sənaye malları vasitəsilə yayılıb.
01:42 / 23 Aprel 2026
94
00:10 / 23 Aprel 2026
135
23:46 / 22 Aprel 2026
182
23:35 / 22 Aprel 2026
135
23:24 / 22 Aprel 2026
179
23:18 / 22 Aprel 2026
2195
23:16 / 22 Aprel 2026
570
23:04 / 22 Aprel 2026
275
22:50 / 22 Aprel 2026
83
22:40 / 22 Aprel 2026
55
22:30 / 22 Aprel 2026
82
22:29 / 22 Aprel 2026
54
22:28 / 22 Aprel 2026
60
22:14 / 22 Aprel 2026
164
22:08 / 22 Aprel 2026
54
22:06 / 22 Aprel 2026
62
22:04 / 22 Aprel 2026
208
22:00 / 22 Aprel 2026
53
21:57 / 22 Aprel 2026
545
21:51 / 22 Aprel 2026
105
21:48 / 22 Aprel 2026
1429
21:45 / 22 Aprel 2026
98
21:44 / 22 Aprel 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.