Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
2326
30.01.2020, 12:03
Bakıda 10 kq-a yaxın narkotik maddə dövriyyədən çıxarılıb.
Dövlət Gömrük Komitəsindən (DGK) Oxu24.com-a verilən xəbərə görə, komitənin Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitələrin "Aynur" adlı şəxs tərəfindən realizə olunacağı barədə məlumat daxil olub.
Dərhal yaradılan əməliyyat qrupu Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə Abşeron rayonu, Xırdalan şəhəri, "AAF-Park" yaşayış kompleksində yerləşən istirahət parkında əməliyyat keçirib və Azərbaycan Respublikası vətəndaşı Məmmədova Aynurə Əlibala qızı şərti alıcı qismində çıxış edən əməliyyat müvəkkilinə narkotik vasitələri satarkən saxlanılıb.
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına gətirilən Məmmədova Aynurə Əlibala qızına məxsus sellofan torbaya və qara rəngli çantaya baxış keçirilib. Yoxlama zamanı sellofan torbadan 4 kq 55 qram narkotik vasitə - tiryək, qara rəngli çantadan isə 4 kq 958 qram narkotik vasitə - həşiş aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.