SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1277
28.01.2020, 15:02
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
DSX-dan Oxu24.com- a verilən məlumata görə, 25 yanvar tarixində saat 21:00 radələrində Xəzər dənizinin cənub istiqamətində Salyan reydində sahildən 3,5 mil (6 km) məsafədə olan “İdris” balıqçı gəmisindən gəmidə dəliyin əmələ gəlməsi, gəminin batma təhlükəsi ilə üzləşməsi və heyət üzvlərinin xilas edilməsinə ehtiyacın olması ilə bağlı DSX Sahil Mühafizəsinin yaxınlıqdakı sahil nəzarəti bölməsinə məlumat daxil olub.
Sahil nəzarəti bölməsi tərəfindən dərhal operativ tədbirlər həyata keçirilərək xilasetmə üçün həmin istiqamətə kiçik həcmli üzmə vasitəsi göndərilib. Gəmidə dəliyin böyük olması səbəbindən daxil olan suyun qarşısını almaq mümkün olmayıb və 4 balıqçı 22:15 radələrində xilas edilib. Saat 23:00 radələrində gəminin batması müşahidə olunub.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçuları tərəfindən xilas edilən şəxslərin Neftçala rayon sakinləri gəmi kapitanı 1958-ci il təvəllüdlü Talıbov Ələsgər Məmmədəli oğlu, mexanik 1963-cü il təvəllüdlü Mikayılov Əlimədət Ağasadiq oğlu, matros 1962-ci il təvəllüdlü Əhmədov Ələddin Tapdıq oğlu, matros 1982-ci il təvəllüdlü Novruzov Əsgər Məhərrəm oğlu olmaları müəyyən edilib.
Həmçinin oxuyun


00:55 / 22 Aprel 2026
19
00:42 / 22 Aprel 2026
34
00:34 / 22 Aprel 2026
38
23:59 / 21 Aprel 2026
42
23:50 / 21 Aprel 2026
72
23:42 / 21 Aprel 2026
56
23:19 / 21 Aprel 2026
108
23:16 / 21 Aprel 2026
103
23:06 / 21 Aprel 2026
158
22:54 / 21 Aprel 2026
58
22:36 / 21 Aprel 2026
244
22:28 / 21 Aprel 2026
52
22:24 / 21 Aprel 2026
66
22:12 / 21 Aprel 2026
101
22:04 / 21 Aprel 2026
424
21:58 / 21 Aprel 2026
83
21:36 / 21 Aprel 2026
96
21:27 / 21 Aprel 2026
85
21:13 / 21 Aprel 2026
1924
21:08 / 21 Aprel 2026
94
21:05 / 21 Aprel 2026
842
20:49 / 21 Aprel 2026
83
20:22 / 21 Aprel 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.