SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1125
28.01.2020, 12:11
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzərin İran sektorunda köçəri quşların, o cümlədən 2000-dən çox flaminqo quşunun kütləvi ölümü ilə bağlı məlumatlara münasibət bildirib.
Femida.az xəbər verir ki, Nazirliyin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə “Report”a açıqlamasında qeyd edib ki, bu məlumat rəsmi kanallarla quruma daxil olmayıb.
Nazirlik rəsmisi əlavə edib ki, mətbuatdan xəbər tutduqdan sonra dərhal Xəzər dənizinə sərhəd olan təbiət ərazilərinə tapşırıq verilib:

Həmçinin oxuyun
“Baxış nəticəsində ilkin olaraq belə hal qeydə alınmadı. Hazırda monitorinq qrupları yaradılıb, bütün ərazilər ciddi təftiş olunur. Əgər belə hal olsa, quş cəsədləri götürülərək Baytarlıq laboratoriyasına veriləcək, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində təhlil olunacaq və hadisənin hansı səbəbdən baş verməsi müəyyən ediləcək. Ancaq hazırda belə fakt qeydə alınmayıb. Təbii ki, belə hal istisna deyil. Çünki qış aylarında müxtəlif səbəblərdən quş və heyvanların ölümü baş verə bilər”.

Xatırladaq ki, İran rəsmiləri köçəri quşların kütləvi ölümünün səbəbini tam bilməsə də, qanunsuz balıq ovu ilə məşğul olanların suyu zəhərlədiyi ehtimalını iddia edir. İran rəsmiləri flaminqoların ölüm sayının 5 minə çata biləcəyini güman edirlər.
00:55 / 22 Aprel 2026
19
00:42 / 22 Aprel 2026
34
00:34 / 22 Aprel 2026
38
23:59 / 21 Aprel 2026
42
23:50 / 21 Aprel 2026
72
23:42 / 21 Aprel 2026
56
23:19 / 21 Aprel 2026
108
23:16 / 21 Aprel 2026
103
23:06 / 21 Aprel 2026
158
22:54 / 21 Aprel 2026
58
22:36 / 21 Aprel 2026
244
22:28 / 21 Aprel 2026
52
22:24 / 21 Aprel 2026
66
22:12 / 21 Aprel 2026
101
22:04 / 21 Aprel 2026
424
21:58 / 21 Aprel 2026
83
21:36 / 21 Aprel 2026
96
21:27 / 21 Aprel 2026
85
21:13 / 21 Aprel 2026
1924
21:08 / 21 Aprel 2026
94
21:05 / 21 Aprel 2026
842
20:49 / 21 Aprel 2026
83
20:22 / 21 Aprel 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.