Yanvar ayının 9-dan davam edən güclü yağışlar İranın Sistan-Bəlucistan əyalətində fəlakətə səbəb olub.
Redaktor.az xəbər verir ki, sel nəticəsində 400 kənd su altında qalıb, 3 nəfər ölüb, 9 nəfər isə yaralanıb.
Bölgəyə gedən yolların sel nəticəsində bağlanması əhaliyə yardım edilməsini çətinləşdirib.
Əyalətə səfər edən İran prezidenti Həsən Ruhani bildirib ki, əhalinin problemləri həll ediləcək.
Oxu24.com
ŞƏRHLƏR