Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1585
17.01.2020, 15:43
Jurnalist Zahir Əzəmət (Rəhimov) 45 saylı Abşeron seçki dairəsindən namizədliyinin DSK tərəfindən qeydə alınmaması ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Oxu24.com xəbər verir ki, o, müraciətində qeyd edib ki, Dairə Seçki Komissiyası onun namizədliyindən imtinaya səbəb kimi adına olan torpaq sahəsini göstərməməsini bildirib. Mərkəzi Seçki Komissiyası müraciəti araşdırıb və məlum olub ki, namizəd həmçinin ilkin maliyyə hesabatını da təqdim etməyib. Buna görə də MSK DSK-nın qərarını qüvvədə saxlayıb.
Z. Əzəmət bildirib ki, o, Əmlak komitəsindən respublika üzrə əmlakın olub olmaması barədə arayış alıb:
"Həmin sənəddə də Lənkəranda onun adına torpaq sahəsinin olması barədə informasiya çıxmayıb. Sənəd də şikayət məktubuna daxil edilib. Bundan əlavə, Seçki Məcəlləsinə görə məlumat qəsdən gizlədilməyibsə , 48 saat ərzində namizədə onun düzəldilməsi üçün vaxt verilməli idi. O vaxt da mənə verilməyib".
MSK sədri Məzahir Pənahov deyib ki, onlara Əmlak Komitəsindən daxil olan məlumatda isə adına torpaq olduğu qeyd edilməyib:
"Siz bununla bağlı məhkəməyə müraciət etməlisiniz. Biz yol axtarırıq ki, namizədi qeydə alaq. Ancaq əmlakla bağlı məsələdə biz dəfələrlə namizədlərə müraciət etmişik ki, məlumatları düzgün təqdim edin".
Beləliklə, Z.Əzəmətin müraciəti qəbul edilməyib.
Jurnalist şəxsi facebook səhifəsində status yazaraq bildirib ki, sabah Bakı Apelyasiya Məhkəməsinə şikayət edəcək.
00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.