SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
3008
16.01.2020, 09:55
Çində yeni koronavirusun səbəb olduğu sətəlcəm alovlanması ilə əlaqədar beynəlxalq səfərlər və ticarətə dair Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyəsi açıqlanıb.
Oxu24.com-a daxil olan açıqlamada deyilir:
"31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. 9 yanvar tarixində Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus səbəbindən baş verdiyini bildirib. Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.
Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub.
İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan insana ötürülməyib.
Beynəlxalq sərnişinlər: ehtiyat tədbirləri".
Həmçinin oxuyun
Açıqlamada bildirilib ki, sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də naməlumdur. Ona görə xəstəliyin baş qaldırdığı bölgələrə və ya bölgələrdən (hazırda Vuhan şəhəri) səfər edərkən kəskin respirator xəstəlik riskini aşağıdakı vasitələrlə azaltmaq məqsədəuyğun hesab edilir:
• Kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq;
• Əlləri mütəmadi yumaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra;
• Canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək;
• Kəskin respirator infeksiyanın simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamalı, əllərini yumalıdırlar".
ÜST səfərdə olan şəxslərə hər hansı bir xüsusi tədbir görməyi tövsiyə etmir.
12:35 / 17 Aprel 2026
22
12:25 / 17 Aprel 2026
26
12:18 / 17 Aprel 2026
89
12:12 / 17 Aprel 2026
36
12:00 / 17 Aprel 2026
48
11:56 / 17 Aprel 2026
37
11:49 / 17 Aprel 2026
42
11:45 / 17 Aprel 2026
49
11:43 / 17 Aprel 2026
43
11:40 / 17 Aprel 2026
283
11:38 / 17 Aprel 2026
41
11:31 / 17 Aprel 2026
46
11:23 / 17 Aprel 2026
129
11:16 / 17 Aprel 2026
49
11:08 / 17 Aprel 2026
40
11:03 / 17 Aprel 2026
492
10:49 / 17 Aprel 2026
45
10:42 / 17 Aprel 2026
454
10:31 / 17 Aprel 2026
196
10:21 / 17 Aprel 2026
56
10:11 / 17 Aprel 2026
230
10:10 / 17 Aprel 2026
5152
10:07 / 17 Aprel 2026
46
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.