SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86SON DƏQİQƏ
675
06.01.2025, 14:24
Hər il Şimal Yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır.
Rəsmi mənbələrdən alınmış məlumatlara əsasən sözügedən xəstəliklərin daha bir təzahürü olan metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxstan və Rusiya Federasiyasında müşahidə olunur.
Oxu24.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir. Metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir.
Bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır.
İmmun sistemi zəif olan və ya yanaşı xəstəlikləri olan (məs., bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri) insanlarda bronxit və ya pnevmoniya ilə ağırlaşa bilər.
Həmçinin oxuyun
Bunu da qeyd etmək lazımdır ki, yanaşı xəstəlikləri olmayan şəxslərdə respirator infeksiyalar əsasən fəsadsız keçir, qısa müddət ərzində öz-özünə sağalma ilə nəticələndiyindən müalicə adətən simptomlara görə aparılır. Belə xəstələrdə laborator müayinə nəticəsində virusun dəqiqləşdirilməsi müalicəvi yanaşma baxımından xəstə üçün heç nəyi dəyişmir. Beynəlxalq protokollara əsasən bu cür müayinələrin rutin aparılmasına ehtiyac yoxdur.
Ölkə ərazisində epidemioloji vəziyyətə nəzarət, epidemik dövrdə qripin hansı ştamlarının dövr etməsini müəyyən etmək üçün Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyasında xəstələrin burun-udlaq nahiyəsindən götürülmüş yaxmaların molekulyar üsulla (PZR) müayinəsi aparılır.
Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir. Hər hansı respirator simptomları olan şəxslərin ev şəraitində simptomatik müalicə alması məqsədəuyğun hesab olunur.
Bununla yanaşı, respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin Səhiyyə Nazirliyi tərəfindən elan olunmuş qrip əleyhinə vaksinasiyadan keçməsi tövsiyə olunur.
Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır.
09:30 / 11 May 2025
Ağır qəzada həyatını itirən iki qardaşın - Fotosu
1
09:07 / 11 May 2025
Bu vərdişlər səssizcə beyninizə zərər verir
15
09:05 / 11 May 2025
WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq
45
08:55 / 11 May 2025
Bu gün imtahan var
24
21:26 / 10 May 2025
Ağır qəzada yaralananların sayı artdı - ADLAR +FOTOLAR
887
21:21 / 10 May 2025
Ronaldu "Əl-Nəsr"i tərk edəcək?
84
20:57 / 10 May 2025
Əhaliyə xəbərdarlıq edildi
537
20:55 / 10 May 2025
Rusiyalı müğənni axtarışa verildi
118
20:30 / 10 May 2025
Prezidentin kövrəldiyi anlar - Video
147
20:13 / 10 May 2025
Azərbaycan ictimaiyyətinə ağır itki baş verdi
2834
18:44 / 10 May 2025
Ayağınızda bu izlər varsa, diqqət! - Beyinlə əlaqəsi üzə çıxdı
137
18:33 / 10 May 2025
Şəkidə qəza olub
114
16:19 / 10 May 2025
Kartda pul saxlamaq artıq risklidir - Bank işçisi hər şeyi danışdı
621
14:05 / 10 May 2025
Dəhşətli qəza: Həyatını itirənlər var
1156
14:01 / 10 May 2025
495 kiloqramlıq kosmik gəmi Yerə düşdü - YENİLƏNİB - FOTO
277
13:43 / 10 May 2025
Dolu düşəcək,sel keçəcək - Əhaliyə xəbərdarlıq
1226
13:29 / 10 May 2025
Müdafiə Nazirliyi açıqlama yaydı
178
13:11 / 10 May 2025
Hava ilə bağlı açıqlama
745
11:42 / 10 May 2025
Dünən itkin düşmüşdü, bu gün meyiti tapıldı
209
11:21 / 10 May 2025
Azərbaycanda bu vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
1021
11:06 / 10 May 2025
Jurnalist Allahverdi Əsədovun xatirələrində Heydər Əliyev
3838
10:16 / 10 May 2025
Prezident İlham Əliyev Ulu Öndərin anadan olmasının ildönümü münasibətilə video paylaşıb
162
10:13 / 10 May 2025
Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
152
10:12 / 10 May 2025
Birinci vitse-prezident Mehriban Əliyeva Daşaltı kəndindən paylaşım edib
147
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.