Qaynar xətt:

(+99450) 247 90 86

Bakıdan Minvoda uçan AZAL-ın təyyarəsi dron hücumları səbəbindən geri dönüb

Bakıdan Minvoda uçan AZAL-ın təyyarəsi dron hücumları səbəbindən geri dönüb

SON DƏQİQƏ

1090

27.12.2024, 12:08

Səhər saatlarında Bakıdan Mineralnıye Vodı istiqamətində uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb.

Bu barədə jurnalist Şakir Eminbəyli sosial şəbəkə hesabında paylaşım edib.

Məsələ barədə Azərbaycan Hava Yollarına (AZAL) sorğu ünvanladıq. Qurumdan bildirildi ki, bununla bağlı tezliklə açıqlama veriləcək. Görüntüləri isə "Flightradar24" paylaşıb.(Bakuws)