Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı

SON DƏQİQƏ! Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı

SİYASƏT

621

16.11.2021, 09:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mansur Məmmədov vəzifəsindən azad olunub.

Oxu24.com Demokrat.az-a istinadən məlumatına görə, bununla bağlı RİH başçısı Rafiq Cəlilov müvafiq əmr imzalayıb.

Məlumata görə, RİH-də daha bir neçə vəzifəli şəxsin işdən çıxarılacağı gözlənilir.

Qeyd edək ki, M.Məmmədov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. O, bu təyinata qədər Cəlilabad Rayon Statistika İdarəsinin rəisi vəzifəsində çalışıb. M.Məmmədov Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalov həbs olunduqdan sonra 2020-ci ilin dekabr ayından bu ilin sentyabr ayına qədər icra başçısının səlahiyyətlərini icra edib.

Xatırladaq ki, bu ilin sentyabr ayında Cəlilabada yeni başçı vəzifəsinə Rafiq Cəlilov təyin olunub.