Əliyevin Ərdoğanla səmimi təmasları mühüm siyasi və diplomatik məna daşıyır -DEPUTAT
13 Noyabr 2026, 10:22
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2844
17.03.2021, 21:52
Rusiya Trampın, İransa Baydenin lehinə “saxtakarlıq edibmiş”
ABŞ Prezidenti Co Baydenin “ABC News”-a verdiyi müsahibədə Vladimir Putinin ünvanına səsləndirdiyi ittihamlar bütün dünyada böyük əks-səda doğurub. Jurnalistin “Putini qatil hesab edirsinizmi” sualına “hə” deyə cavab verən Bayden Rusiya Prezidentini həm də ABŞ-dakı son prezident seçkilərinə müdaxilə etməkdə günahlandırıb.
“AzPolitika.info” xəbər verir ki, Bayden Putinlə telefon danışığından söz açarkən, Rusiya Prezidentini cəzalandıracağına dair xəbərdarlıq etdiyini də bildirib: “Bizim uzun söhbətimiz oldu. Mən onu nisbətən yaxşı tanıyıram. Ona dedim ki, mən sizi, siz də məni tanıyırsınız. Əgər müəyyən etsəm ki, bu baş verib, onda hazır olun”.
Bayden “bu baş verib” deyərkən, Rusiyanın ABŞ-dakı son seçkiyə müdaxiləsini və ondan sonra baş verən qarşıdurmalarda Moskvanın rolunu nəzərdə tutub. Ancaq Rusiyanı buna görə necə cəzalandıracağına dair ABŞ Prezidenti heç nə deməyib.
Qeyd edək ki, ABŞ kəşfiyyatı martın 16-da açıqladığı hesabatda Rusiya və İranın prezident seçkilərinə müdaxilə etməkdə günahlandırıb. Rəsmi Vaşinqton Putini Donald Trampın hakimiyyətdə qalması, İranı isə Baydenin hakimiyyətə gəlməsi üçün seçkiyə müdaxilələr etdiyi qənaətindədir. Həmçinin, Rusiya Baydeni gözdən salmağa və ABŞ cəmiyyətində qarşıdurma yaratmağa çalışmaqda günahlandırır.
Bu ittihamların nəyə hesablandığı və hansı nəticələr verəcəyi hələ ki, bilinməsə də, yaxın günlərdə Rusiyaya qarşı xüsusilə iqtisadi müstəvidə sərt addımlar atılacağı şübhə doğurmur. Artıq Rusiya rublunun ucuzlaşmağa başlaması da bunun göstəricisi sayıla bilər.
11:15 / 13 Noyabr 2026
21
11:12 / 13 Noyabr 2026
26
11:00 / 13 Noyabr 2026
44
10:50 / 13 Noyabr 2026
49
10:45 / 13 Noyabr 2026
50
10:39 / 13 Noyabr 2026
59
10:25 / 13 Noyabr 2026
80
10:22 / 13 Noyabr 2026
93
10:20 / 13 Noyabr 2026
68
10:08 / 13 Noyabr 2026
268
10:02 / 13 Noyabr 2026
74
09:51 / 13 Noyabr 2026
137
09:46 / 13 Noyabr 2026
926
09:44 / 13 Noyabr 2026
126
09:38 / 13 Noyabr 2026
100
09:34 / 13 Noyabr 2026
142
09:33 / 13 Noyabr 2026
83
09:31 / 13 Noyabr 2026
94
01:52 / 13 Noyabr 2026
298
01:49 / 13 Noyabr 2026
863
01:42 / 13 Noyabr 2026
77
00:49 / 13 Noyabr 2026
157
00:18 / 13 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.