Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Prezidenti Ermənistanda baş verənlərə münasibət bildirib

Azərbaycan Prezidenti Ermənistanda baş verənlərə münasibət bildirib

SİYASƏT

1823

26.02.2021, 11:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir. Mən dünən şəhid ailələri ilə görüşdə, o cümlədən Ermənistandakı vəziyyətə də öz çıxışımda toxundum. Ancaq bunu bildirmək istəyirəm ki, o çıxış hadisələrdən əvvəl edilib”.

Oxu24.com -un  məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, şəhid ailələri ilə görüşü hardasa 10:30-da baş tutub, Ermənistandakı hadisələrlə bağlı xəbəri ondan sonra öyrənib: “Ona görə istəyirəm, hər kəs bilsin ki, mənim şərhlərim bu hadisələrdən əvvəl edilib. Ancaq hadisələr onu göstərir ki, mən tam haqlı idim. Çünki bu gün Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Və bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir. Çünki 20 il ərzində Koçəryan-Sərkisyan xuntası Ermənistanı faktiki olaraq uçuruma aparırdı. Və böhranlı vəziyyətə gətirib çıxardı. Ölkə demək olar ki, bütövlükdə müstəqillik əlamətlərini itirib. Daha çox müstəmləkəyə bənzəyirdi. Bunun əsas səbəbi işğalçılıq siyasətidir.

Çünki Ermənistan nə qədər çox torpaqlarımızı işğal altında saxlamaq istəyirdilərsə, o qədər də onlar asılı vəziyyətə düşürdülər. Ermənistanı biz ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi”.

Mən bunu heç vaxt gizlətmirdim. Açıq dəfələrlə deyirdim ki, biz bu siyasəti o vaxta qədər aparacağıq ki, torpaqlarımız işğal altındadır. Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxartsın, ondan sonra bölgədə işbirliyi, əməkdaşlıq da ola bilər. Və bizim siyasətimizdə dəyişiklik ola bilər. Əfsuslar olsun ki, nə əvvəlki xunta rejimi, nə də 2018-ci ildə hakimiyyətə gəlmiş hökumət bizim bu çağırışlarımıza qulaq asmadı. Əgər vaxtında qulaq assaydılar, bu gün belə rəzil duruma düşməzdilər. Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyətləri ilə bağlı hər hansı şərh vermək istəməzdim. Prinsip etibarı ilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq. Xüsusilə indiki həssas məqamda...”

Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

18:38 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

97

0
Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

18:31 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

84

0
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

18:26 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

87

0
Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

18:15 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

97

0
Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

18:04 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

325

0
Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

17:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

106

0
Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

17:46 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

114

0
Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

17:30 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

104

0
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH

17:18 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH

99

0
Milli Məclis mühüm məsələləri müzakirə edəcək

17:13 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Milli Məclis mühüm məsələləri müzakirə edəcək

323

0
Tovuzda hamilə bıçaqlanıb 

17:07 / 13 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Tovuzda hamilə bıçaqlanıb 

107

0
Azərbaycanın su təhlükəsizliyi üçün YENİ ADDIM: Ermənistanla hansı razılaşma əldə olunacaq?  

16:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycanın su təhlükəsizliyi üçün YENİ ADDIM: Ermənistanla hansı razılaşma əldə olunacaq?  

105

0