Əli Əsədov yeni qərar imzalayıb:2030-cu ilin sonunadək dəyişdirilir
13 Noyabr 2026, 19:30
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2497
25.02.2021, 23:38
“Müharibədən sonra bu gün dünyada yeni reallıq yaranıb. Bu reallığı biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Biz iradə göstərmişik, güc göstərmişik. Bəli, biz gözləmişik. Həyat göstərdi ki, ən düzgün an seçilmişdir”.
Oxu24.com-un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində deyib.
“İyul ayında bizə qarşı sərhəddə təxribat törədiləndə də biz əks-hücuma keçə bilərdik. Ancaq o vaxt mən əks-hücum əməliyyatını dayandırmışdım. Biz erməniləri öz torpağımızdan qovub, düz sərhədə gəlib, sərhədin o tərəfinə keçmədik. Bizi buna təhrik etmək istəyirdilər. Bizi təxribata çəkmək istəyirdilər. Əgər biz o vaxt - iyul ayında Ermənistan ərazisinə keçsəydik, əgər mən o vaxt ordumuzu dayandırmasaydım, vəziyyət başqa cür ola bilərdi. Bizi, əslində, buna təhrik edirdilər, təxribata təhrik edirdilər.
Ermənistandan atılan raketlər Gəncənin, Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam, Füzuli rayonlarımızın dağılmasına gətirib çıxarmışdır. Onların atdığı raketlərin biri Xızıya gəlib çatmışdır. Görün, Xızını döyüş bölgəsindən neçə kilometr məsafə ayırır.
Ona görə, bu təxribat planları var idi və düzgün an, düzgün məqam seçildi və düzgün addımlar atıldı. Ermənistan ordusunu 44 günə məhv etdik, onların əsrlərboyu yaratdıqları mifləri darmadağın etdik. Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır. Göstərdik ki, döyüşkən xalq Azərbaycan xalqıdır”, - Prezident bildirib.
19:58 / 13 Noyabr 2026
27
19:53 / 13 Noyabr 2026
105
19:41 / 13 Noyabr 2026
61
19:38 / 13 Noyabr 2026
325
19:35 / 13 Noyabr 2026
58
19:30 / 13 Noyabr 2026
169
19:28 / 13 Noyabr 2026
52
19:23 / 13 Noyabr 2026
64
19:05 / 13 Noyabr 2026
68
18:59 / 13 Noyabr 2026
77
18:59 / 13 Noyabr 2026
84
18:50 / 13 Noyabr 2026
84
18:38 / 13 Noyabr 2026
100
18:31 / 13 Noyabr 2026
85
18:26 / 13 Noyabr 2026
89
18:15 / 13 Noyabr 2026
101
18:04 / 13 Noyabr 2026
332
17:59 / 13 Noyabr 2026
109
17:46 / 13 Noyabr 2026
114
17:30 / 13 Noyabr 2026
105
17:18 / 13 Noyabr 2026
99
17:13 / 13 Noyabr 2026
330
17:07 / 13 Noyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.