Anar Əliyev Qobustanda vətəndaşları qəbul edəcək
18 Fevral 2026, 10:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
840
19.05.2020, 14:12
“Son beş ildə ölkəmizdə bütün hakimiyyət qollarında ən yüksək vəzifəli şəxslər də daxil olmaqla köklü kadr dəyişiklikləri həyata keçirilib”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında çıxış edən parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Millət vəkili deyib ki, dövlət sirlərinin etibarlı qorunması və milli təhlükəsizliyə aid edilən məlumatların yayılmamasını yenidən bir nömrəli məsələyə çevirir:
Həmçinin oxuyun
“Əlbəttə, biz hamımız keçmiş MTN və onun cinayətkar yüksək rütbəli rəhbərliyinin dövlət mənafelərinə, millətimizin qanuni haqlarına necə zərbə vurduqlarını yaxşı bilirik. Bununla belə, sirləri təkcə təhlükəsizlik orqanları qorumalı deyil. İndi artıq istefada olan və mühüm dövləti məlumatlara bir vaxtlar çıxış səlahiyyəti qazanan adamların hazırkı məsuliyyətindən bəhs etmək daha önəmlidir. Dərin təhlillər göstərir ki, Azərbaycan dövlətinin siyasi, hərbi və milli təhlükəsizliyinə aid olan, eləcə də dövlətin elitasında təmsil olunan şəxsləri daimi gərginlik, özünümüdafiə və şantaj hədəfində saxlamağa xidmət edən məlumatlar açıq informasiya məkanına çıxarılmaqda davam edir. Hakimiyyətə düşmən kəsilən qüvvələrin çıxışlarında, yaxud adi bloger yazılarında kod altında olan məlumatların izi açıqca görünür. Bunlar cinayət əməlləridir. İstər vəzifədə ol, istərsə də olma, dövlət idarəçiliyi informasiya daşıyıcılarından ən azı 25-30 il dövlət mənafelərini qorumağa dair imzaladıqları sənədlərə sadiqliyi tələb edir. Doğrudur, müasir dünyada dövlət sirlərinin qorunması həddindən artıq çətinləşib. Xüsusilə “Wikileaks” hadisəsi göstərdi ki, BMT rəhbərini, yaxud Almaniya kanslerini və yüzlərlə birinci siyasi-hərbi şəxsləri hər addımda izləməyi qarşısına məqsəd qoyan ABŞ elitası, o vaxtlar dövlət katibi xanım Klintonun özü məxfi məlumatların kütləvi yayılması fonunda böyük zərbə aldı. Lakin müasir kommunikasiya vasitələrinin ən yüksək səviyyəyə çatması fonunda belə dövlət sirləri qorumadan milli mənafelərini təmin etmək mümkün deyil. Bəli, biz hamımız yaxşı başa düşürük ki, ölkəmiz müxtəlif kəşfiyyat və casus qrupların hədəfindədir. Bununla belə, bəzən adi ictimai mərasimlərdə, məhəlli söhbətlərdə sabiq vəzifə adamlarının dövlətlərarası danışıq və görüşlərə, ölkə rəhbərinin müxtəlif siyasi plan və strategiyalarına dair qapalı söhbətlərinin necə ictimailəşdirildiyini görürsən. Bəs sabah o kateqoriyalı şifrəli məlumatlar Silahlı qüvvələrimiz, hərbi resurslarımız, taktiki planlarımız və ya dövlətlərarası məxfi razılaşmalar haqda olsa, onda nə edəcəyik”.
Z. Oruc qeyd edib ki, bir çox ölkədə müharibə şəraitinə görə sirlərə çıxış məhdudlaşıb, sərtləşdirilib, 3 qat əlçatanlıq sistemi tətbiq olunub: “Kim düşünürsə ki, indi dünya idarəçiliyi konfidensiallığını itirib və hər şey əlçatandır, şəffafdır, səhv edir, hətta deyərdik ki, məsuliyyətsizcəsinə yanılır. Azərbaycan dövlətinin həyatında baş verən belə taleyüklü dövrdə bütün sabiq vəzifə adamlarına təkrarən məlumatların yayılmamasına dair öhdəlik aktları imzalatdırmaq məqsədəuyğun olardı. İkincisi, “Dövlət sirri” haqqında qanunun qəbulundan 15 il keçib və onu daha da təkmilləşdirməyə ehtiyac var. Üçüncüsü, 10 mart tarixində prezident parlamentdən yeni informasiya təhlükəsizliyi haqqında konsepsiya gözlədiyini bəyan etdi. Qısa müddətdə informasiya təhlükəsizliyi haqqında konsepsiyanı hazırlayıb qəbul etməliyik”.
11:03 / 18 Fevral 2026
1
10:58 / 18 Fevral 2026
14
10:55 / 18 Fevral 2026
22
10:48 / 18 Fevral 2026
36
10:33 / 18 Fevral 2026
33
10:24 / 18 Fevral 2026
433
10:20 / 18 Fevral 2026
38
10:16 / 18 Fevral 2026
32
09:56 / 18 Fevral 2026
50
09:00 / 18 Fevral 2026
122
08:58 / 18 Fevral 2026
83
02:13 / 18 Fevral 2026
165
23:51 / 17 Fevral 2026
220
23:36 / 17 Fevral 2026
271
23:30 / 17 Fevral 2026
213
23:13 / 17 Fevral 2026
100
23:10 / 17 Fevral 2026
149
23:10 / 17 Fevral 2026
92
23:03 / 17 Fevral 2026
104
23:00 / 17 Fevral 2026
109
22:56 / 17 Fevral 2026
106
22:52 / 17 Fevral 2026
555
22:39 / 17 Fevral 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.