Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
704
06.05.2020, 09:44
Daha 100 min aztəminatlı üçün birdəfəlik vəsait (190 manat) köçürülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, bununla da pandemiya ilə əlaqədar mühüm sosial dəstək proqramlarından biri olan birdəfəlik ödəmə proqramı üzrə 600 min şəxsin müəyyən edilməsi və onlara aprel ayına dair ödənişlərin olunması prosesi yekunlaşıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən, birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, birdəfəlik ödəmə verilənlərin sayı 200 mindən 600 min çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprelin 9-dan ödəniş prosesi həyata keçirilib. Onlar göndərilən SMS-lərdə göstərildiyi qaydada poçt şöbələrindən və ya bank fililallarından vəsaitlərini alıblar.
May ayına dair birdəfəlik ödənişləri isə həmin vətəndaşlar bank kartları vasitəsilə alacaqlar. Nazirliyi sifarişi ilə hazırlanan kartlar banklar tərəfindən hazırda onlara təqdim edilir.
Digər sosial müdafiə və aktiv məşğulluq tədbirlərində olduğu kimi, Nazirlik bu sahədə də şəffaflıq və ictimai açıqlıq prinsipini rəhbər tutur.
Bu məqsədlə birdəfəlik ödəniş edilmiş 600 min şəxsin siyahısını da Nazirlik rəsmi saytında yerləşdirib. (//sosial.gov.az/FWsiyah%C4%B1s%C4%B1/Siyahi600.pdf)
Eyni zamanda, özünüməşğulluq proqramına cəlb edilənlər və onlara təqdim edilmiş aktivlər, aktivlərin təhvil verilməsini əks etdirən rəsmi sənədlər (skan edilmiş formada), foto və videomateriallar da saytda (//mas.mlspp.gov.az/selfemployment/) yer alıb.
18:47 / 26 Oktyabr 2026
11
18:36 / 26 Oktyabr 2026
45
18:20 / 26 Oktyabr 2026
67
18:10 / 26 Oktyabr 2026
61
17:45 / 26 Oktyabr 2026
131
17:01 / 26 Oktyabr 2026
99
17:00 / 26 Oktyabr 2026
266
16:58 / 26 Oktyabr 2026
74
16:46 / 26 Oktyabr 2026
80
16:42 / 26 Oktyabr 2026
72
16:30 / 26 Oktyabr 2026
102
16:17 / 26 Oktyabr 2026
103
16:08 / 26 Oktyabr 2026
229
15:57 / 26 Oktyabr 2026
91
15:50 / 26 Oktyabr 2026
287
15:48 / 26 Oktyabr 2026
142
15:44 / 26 Oktyabr 2026
199
15:41 / 26 Oktyabr 2026
97
15:37 / 26 Oktyabr 2026
76
15:34 / 26 Oktyabr 2026
104
15:28 / 26 Oktyabr 2026
82
15:19 / 26 Oktyabr 2026
216
15:10 / 26 Oktyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.