Azərbaycan torpaqlarının işğaldan azad olunması xarici qüvvələr tərəfindən hələ də həzm olunmur
26 Oktyabr 2026, 23:08
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
721
04.05.2020, 21:46
Koronavirus dünyadakı siyasi proseslərə də ciddi təsirlər buraxdı. Belə ki, pandemiya başlayan kimi bütün dövlətlər bir-birilərinin üzünə qapılarını bağladı. Hətta, Avropa İttifaqının (Aİ) əsas üzv ölkələrindən olan İtaliya və İspaniya kimi ölkələr, çətin vəziyyətə düşmələrinə rəğmən, İttifaqı onlara dəstək göstərməməkdə ittiham etdi. ABŞ da müttəfiq adlandırdığı ölkələrlə bütün əlaqələri kəsdi.
Bütün bu proseslərin fonunda beynəlxalq siyasi münasibətlərdə yeni mərhələ başlaya bilərmi? Eləcə də, dövlətlər ittifaqı modelinin əhəmiyyətini itirməsi mümkündürmü?
Mövzunu AYNA-ya şərh edən politoloq İlqar Vəlizadənin sözlərinə görə, dünya siyasətinin formalaşması uzun illər nəticəsində olub və prinsip etibarı ilə heç nə dəyişməyib: “Dünya ölkələrinin uzunmüddətli planları strateji nöqteyi-nəzərdən dəyişməyib və maraqlar olduğu kimi qalır. Sadəcə olaraq, indi vasitələr dəyişməyə başlayıb. Bu isə təkcə pandemiya ilə bağlı olmasa da, pandemiyanın da müəyyən qədər təsirləri olub. Məsələn, ötən onilliklər ərzində ölkələr arasında sərhədlər şərti xarakter daşıyıb. Lakin sərhədlərin funksiyaları dəyişdikcə siyasi amillər və siyasi alətlər dəyişib, dəyişilməkdə də davam edir. Amma düşünmürəm ki, bu, uzunmüddətli olsun. Sadəcə postpandemiya dövründə nələr baş verəcəyini izləmək lazımdır. Əsaslı götürəndə isə dünya siyasətində mahiyyət etibarı ilə prinsipial dəyişikliklərin başladığını görmək olur”.
“Amma bu münasibətlərin fonunda həmin ölkələrin Avropa İttifaqından çıxmaq perspektivi varmı? Əlbəttə ki, yox! Hətta, hal-hazırda onlar bir-biriləri ilə anti-böhran paketinin tezliklə qəbul olunması və həyata keçirlməsi barədə müzakirələr aparırlar. Həmin paket də bütün ölkələri öz ümumdaxili məhsullarının, təxminən 3 faizini ortaya qoymağa məcbur edəcək. Artıq bu problemin öhdəsindən gəlmək üçün yarım trilyon dollarlıq büdcə müəyyən olunub. Bu da o deməkdir ki, reallıqda bu ölkələr hələ də İttifaqdan və bir-birilərindən ayrılmaq niyyətində deyil. Buna baxmayaraq, dialoqlar çətinləşib və düşünürəm ki, üzümüzə gələn illərdə də Avropa İttifaqının daxilində olan münasibətlər bu cür çətin dialoqlar əsasında qurulacaq”, - Vəlizadə bildirib.
Müsahibimiz onu da əlavə edib ki, indiki proseslər keçən illər müşahidə olunan proseslərin üzərində qurulub və bu şəkildə davam edir: “Pandemiya, əlbəttə ki, siyasi sistemin dəyişməsinə kifayət qədər təsir edir. Amma siyasi sistemin evolusiyası da keçən illərin resurslarına arxalanır. Ona görə də indi siyasi və iqtisadi sistemin transformasiyası elə bu sistemin transformasiyası üzərində davam edə bilər. Bu transformasiya da indiki proseslərin üzərində qurulacaq. Yəni sıfırdan heç nə başlamayacaq. Bununla yanaşı, illər ərzində dünyada miqrasiya prosesləri müşahidə olunur. Bu proseslər pandemiyadan sonra da olacaq. Yenə də kasıb ölkələrdən varlı ölkələrə axın olacaq. Amma onun sürətində, keyfiyyətində və məhdudiyyətlərində dəyişiklik olacaq. Bundan başqa, dünya ticarətində və hərbi-siyasi proseslərdə də dəyişikliklər baş verəcək. Amma bu dəyişikliklər də tədricən transformasiya olacaq. Hansı şəkildə olacağını isə zaman göstərəcək”.
23:16 / 26 Oktyabr 2026
1
23:08 / 26 Oktyabr 2026
24
22:58 / 26 Oktyabr 2026
49
22:56 / 26 Oktyabr 2026
51
22:51 / 26 Oktyabr 2026
49
22:34 / 26 Oktyabr 2026
203
22:30 / 26 Oktyabr 2026
63
22:11 / 26 Oktyabr 2026
62
22:11 / 26 Oktyabr 2026
59
22:04 / 26 Oktyabr 2026
78
22:02 / 26 Oktyabr 2026
70
21:58 / 26 Oktyabr 2026
65
21:53 / 26 Oktyabr 2026
150
21:44 / 26 Oktyabr 2026
68
21:32 / 26 Oktyabr 2026
69
21:30 / 26 Oktyabr 2026
71
21:05 / 26 Oktyabr 2026
1035
21:02 / 26 Oktyabr 2026
81
20:56 / 26 Oktyabr 2026
93
20:30 / 26 Oktyabr 2026
91
20:26 / 26 Oktyabr 2026
86
20:17 / 26 Oktyabr 2026
79
20:07 / 26 Oktyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.