TRIPP üzrə üçtərəfli qruplar işə başladı: Azərbaycan, ABŞ və Ermənistanı nə gözləyir? — AÇIQLAMA
07 Noyabr 2026, 10:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
39
07.11.2026, 11:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib.
Oxu24.com xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Universitetin Klinikasının baş direktoru Samir Babayev burada yaradılmış şərait barədə dövlətimizin başçısına məlumat verdilər.
Bildirildi ki, təsdiq edilmiş memarlıq-planlaşdırma həllinə uyğun həyata keçirilən işlər çərçivəsində mövcud mühəndis-kommunikasiya sistemləri yenidən qurulub, şöbənin müasir tələblərə uyğun təşkili təmin edilib.
Təcili tibbi yardım şöbəsində xəstələrin qəbulu, müayinəsi və müalicəsinin səmərəli təşkili məqsədilə müasir tələblərə cavab verən funksional zonalar yaradılıb. Burada reanimasiya, uşaq pediatriya sahələri, palata, tibbi xidmətlərin və gündəlik fəaliyyətin təşkili üçün dərmanların saxlanılması və xidmətçi otaqları var. Şöbənin müvafiq tibbi avadanlıq və müasir mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilməsi onun funksional imkanlarının genişləndirilməsinə və tibbi xidmətlərin səmərəli təşkilinə imkan yaradır. İlkin qiymətləndirilməsi aparılmış pasiyentlərin tibbi göstərişlərə uyğun olaraq digər müəssisələrə köçürülməsi üçün reanimasiya və intensiv terapiya imkanları ilə təchiz edilmiş təcili tibbi yardım avtomobilləri mövcuddur.
Klinikada hazırda 70 stasionar, o cümlədən 5 reanimasiya çarpayısı var. Əlavə olaraq Təcili yardım şöbəsində 19 çarpayı və 5 əməliyyat zalı nəzərdə tutulub. Beləliklə, burada eyni vaxtda 70 stasionar və 19 təcili yardım pasiyentinə xidmət göstərmək mümkün olacaq.
Tibb müəssisəsində 2027-ci il üzrə inkişaf planı çərçivəsində ümumilikdə 230-250 əməkdaşın çalışması proqnozlaşdırılır.
Universitet Klinikasının əsas missiyası yalnız tibbi xidmət göstərmək deyil, eyni zamanda, müasir tibb təhsili, klinik təcrübə və gələcəkdə elmi-tədqiqat fəaliyyətini birləşdirən tibb mərkəzi kimi inkişaf etməkdən ibarətdir.
11:21 / 07 Noyabr 2026
36
11:11 / 07 Noyabr 2026
130
11:08 / 07 Noyabr 2026
517
11:05 / 07 Noyabr 2026
81
10:55 / 07 Noyabr 2026
76
10:44 / 07 Noyabr 2026
73
10:23 / 07 Noyabr 2026
100
10:16 / 07 Noyabr 2026
121
10:14 / 07 Noyabr 2026
109
09:54 / 07 Noyabr 2026
181
09:43 / 07 Noyabr 2026
100
09:36 / 07 Noyabr 2026
1616
09:16 / 07 Noyabr 2026
152
09:09 / 07 Noyabr 2026
111
01:05 / 07 Noyabr 2026
657
00:23 / 07 Noyabr 2026
399
00:10 / 07 Noyabr 2026
619
00:06 / 07 Noyabr 2026
254
23:42 / 06 Noyabr 2026
561
23:37 / 06 Noyabr 2026
329
23:32 / 06 Noyabr 2026
218
23:28 / 06 Noyabr 2026
379
23:21 / 06 Noyabr 2026
225
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.