Azərbaycan və Qazaxıstan strateji münasibətlərinin cari gündəliyi müzakirə edilib
04 Sentyabr 2026, 16:30
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
114
04.09.2026, 17:56
Ermənistanın Azərbaycanla şərti sərhədin müəyyən hissələrində mühəndis-istehkam işləri aparması, dərinləşdirilmiş bunkerlər yaratması barədə məlumatlar son günlər cəmiyyətdə ciddi müzakirələrə və narahatlığa səbəb olub. Azərbaycan Hərbi Polisinin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmovun bu barədə açıqlamaları Ermənistanın hansı hərbi məqsədlər güdməsi və sülh prosesinə törədə biləcəyi təhlükələr haqqında suallar doğurub. İrəvanın sülh danışıqlarının getdiyi bir vaxtda sərhəddə hərbi infrastrukturunu gücləndirməsi rəsmi Bakı tərəfindən ehtiyatlı diplomatiya və preventiv tədbirlərin görülməsini zəruri edir. Mövzu ilə bağlı ekspertlər Ermənistanın həm hərbi-strateji addımlarını, həm də daxili siyasi vəziyyətini geniş təhlil ediblər. Ekspertlərin fikrincə, bu proses həm daxili auditoriyaya hesablanmış şou, həm də ehtiyatlı müdafiə cəhdidir.
Mövzunu Oxu24.com üçün şərh edən politoloq Mütəllim Rəhimli Ermənistanın bu addımlarının daxili böhranla bağlı olduğunu diqqətə çatdırıb:
“Ermənistanın Azərbaycanla şərti sərhədinin müəyyən hissələrində mühəndis-istehkam işlərinin aparılması, dərinləşdirilmiş bunkerlərin yaradılması ilə bağlı son vaxtlar yayılan məlumatlar həqiqətən də narahatlıq doğururdu.
“Hesab edirəm ki, bu, heç də Azərbaycanla Ermənistan arasında növbəti hərbi toqquşmanın və ya müharibəyə hazırlığın anonsu kimi başa düşülməməlidir. Çünki artıq tərəflər sülh müqaviləsini hazırlamaq istiqamətində yekun addımların atılması ilə bağlı öz niyyətlərini ortaya qoyublar. Avqustun 31-də Azərbaycan və Ermənistan liderlərinin Bişkekdə keçirilən görüşündən sonra tərəflər arasında sülh müqaviləsinə hazırlıqla bağlı daha real addımların atılacağı gözlənilir. Xüsusilə də, bu ilin sonuna doğru, yaxın aylarda Ermənistan Konstitusiyasının yeni mətni dərc olunmalıdır. Həmin layihədən Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad hissəsi, yəni Azərbaycana ərazi iddiasını nəzərdə tutan müddəa çıxarılacaq. Bundan sonra dərhal sülh müqaviləsinin imzalanması qaçılmaz görünür”.
Onun sözlərinə görə, yaxın günlərdə artıq Azərbaycanın işğal altında olan 4 kəndinin (anklav kəndlərin) Ermənistan tərəfindən Azərbaycana qaytarılmasına hazırlıq gedir. Bu baxımdan müharibədən danışmaq əslində reallıqdan uzaq səslənir.
Bəs bu hazırlıq işləri, mühəndis-istehkam işlərinin aparılması, bəndlərin bərkidilməsi nə ilə bağlıdır?
Politoloq qeyd edib ki, avqustun 22-də Ermənistanın müdafiə naziri Suren Papikyan Azərbaycanla şərti sərhəddə yerləşən səngərlərə baş çəkdi və bu informasiya döyüş bölgələrinə, müdafiə nazirinin döyüş bölgələrinə səfəri kimi təqdim olundu:
“Bu gün aparılan son işlər də elə Suren Papikyanın şərti sərhədə gəlməsi, səngərlərdən fotolar nümayiş etdirməsi, əsgərlərlə görüşməsi və bu faktı döyüş bölgəsinə səfər kimi təqdim etməsinin davamıdır. Bütün bunlar Azərbaycan-Ermənistan arasında müharibəyə hazırlıq məqsədi daşımır. Bunlar daha çox Ermənistanın özünün daxili, Ermənistan Müdafiə Nazirliyində və hökumətində baş verən daxili problemlərlə bağlıdır. Belə ki, Ermənistan Müdafiə Nazirliyində son vaxtlar əsgər ölümləri və əsgərlərin intiharı ilə bağlı ciddi narazılıq yaranıb. Bu da Müdafiə Nazirliyinə qarşı əhali arasında və hökumət rəhbərliyi səviyyəsində ittihamları artırıb. Əsgərlərin işgəncəyə məruz qalması, öldürülməsi, dözməyərək intihar etməsi kimi halların artması Baş nazir Nikol Paşinyanda da müdafiə nazirinə etimadsızlıq yaradıb. Nəticədə Ermənistan Müdafiə Nazirliyində bir sıra istefalar baş verib”.
Mütəllim Rəhimli vurğulayıb ki, Ermənistan Hərbi Polisinin rəisi Aşot Zakaryan, Silahlı Qüvvələrin Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi Seryoja Stepanyan, müdafiə nazirinin müşavirləri Mileksit Poqosyan, Razmik Petrosyan və Kamo Vardanyan vəzifələrindən azad ediliblər. Ciddi kadr dəyişiklikləri baş verib və bütün bunlar Ermənistan Müdafiə Nazirliyinin səriştəsizliyinin nəticəsi kimi təqdim olunur. Əsgər ölümlərinin artmasına görə istefalar dalğasının nazir Suren Papikyana da çatacağı ehtimal edilir. Ona görə də Suren Papikyan özünü sığortalamaq üçün belə üsullara əl atır. Gah şərti sərhədə səfər edir, gah da keçmiş təmas xəttindəki səngərlərdə mühəndis-istehkam qurğularının bərkidilməsi, dərinləşdirilməsi işlərini aparır.
Bütün bunlar Ermənistan ictimaiyyətinin diqqətini daxili problemlərdən yayındırmağa, Ermənistan cəmiyyətində yenidən müharibə xofu yaratmğa xidmət edir. Suren Papikyan sübut etməyə çalışır ki, ölkədə hər şey qaydasındadır, müdafiə sahəsində ciddi tədbirlər görülür və məqsəd Ermənistan cəmiyyətinin rəyini əsgər ölümlərindən yayındırmaqdır, nəinki müharibəyə hazırlaşmaq.
Məsələnin hərbi-strateji təhlükələrini və diplomatik tərəflərini şərh edən siyasi şərhçi Müşfiq Abdulla isə bildirib ki, İrəvanın bu gedişləri cavabsız qala bilməz və Bakı bütün ssenarilərə hazırlıqlı olmalıdır:
“Ermənistanın Azərbaycanla sərhədin müəyyən hissələrində mühəndis-istehkam işləri apardığı və dərinləşdirilmiş bunkerlər yaratdığı barədə məlumatlar mütləq diqqətdə saxlanılmalıdır. Sülh sazişinin imzalanması prosesinin getdiyi bir vaxtda belə bir addımın atılması son dərəcə ciddi məsələdir və qarşı tərəfin həqiqi niyyətini dərindən bilməyimiz lazımdır.
Zənnimcə, Ermənistanın bu addımı ilk növbədə öz sərhəd mövqelərinin müdafiəsinin gücləndirilməsinə hesablanmış bir gediş kimi qiymətləndirilə bilər. Onların qurduğu bunkerlər əsasən şəxsi heyətin mümkün artilleriya, PUA və digər zərbə vasitələrindən qorunması məqsədini daşıyır. Lakin bir tərəfdən sülh prosesi davam edərkən, digər tərəfdən belə hərbi hazırlıqların aparılması heç də doğru qərar deyil”.
Şərhçinin sözlərinə görə, Ermənistanın bu addımlarını birbaşa Azərbaycana qarşı hücum hazırlığı kimi qiymətləndirmək də tam düzgün olmazdı. Çünki real hücum əməliyyatları üçün sərhədə iri hərbi texnikanın və canlı qüvvənin cəmləşdirilməsi, ölkədə geniş səfərbərlik elan edilməsi və digər hücum xarakterli hazırlıqların aparılması tələb olunur. Lakin bu o demək deyil ki, biz bu prosesə laqeyd yanaşmalıyıq:
“Azərbaycanın atacağı əsas preventiv addım sərhəddə kəşfiyyat və müşahidə imkanlarını maksimal dərəcədə gücləndirmək olmalıdır. Məhz bu vasitə ilə Ermənistanın hərbi infrastrukturundakı istənilən dəyişikliyi operativ izləmək mümkün olacaq. Eyni zamanda Azərbaycan öz müdafiə hazırlığını ən yüksək səviyyədə saxlamalıdır”.
“Hazırkı mərhələdə əsas məqsəd sülh prosesini qorumaqla yanaşı, hər an meydana çıxa biləcək hərbi risklərə qarşı tam hazır olmaqdır. Yəni Azərbaycanın siyasəti həm ehtiyatlı diplomatiyaya, həm də güclü müdafiəyə və effektiv kəşfiyyata əsaslanmalıdır”,- deyə Müşfiq Abdulla vurğulayıb.
Çimnaz Telmanqızı
18:30 / 04 Sentyabr 2026
11
18:30 / 04 Sentyabr 2026
11
18:25 / 04 Sentyabr 2026
22
18:23 / 04 Sentyabr 2026
28
18:15 / 04 Sentyabr 2026
27
18:03 / 04 Sentyabr 2026
124
18:00 / 04 Sentyabr 2026
35
17:51 / 04 Sentyabr 2026
33
17:35 / 04 Sentyabr 2026
39
17:30 / 04 Sentyabr 2026
42
17:10 / 04 Sentyabr 2026
35
16:55 / 04 Sentyabr 2026
37
16:45 / 04 Sentyabr 2026
60
16:33 / 04 Sentyabr 2026
64
16:30 / 04 Sentyabr 2026
59
16:25 / 04 Sentyabr 2026
209
16:25 / 04 Sentyabr 2026
67
16:11 / 04 Sentyabr 2026
392
16:10 / 04 Sentyabr 2026
70
16:06 / 04 Sentyabr 2026
70
16:05 / 04 Sentyabr 2026
60
16:00 / 04 Sentyabr 2026
63
15:52 / 04 Sentyabr 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.