“Təmiz Şəhər"ə və "Azəristiliktəchizat"a subsidiya ayrılacaq
04 Noyabr 2026, 12:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
243
24.09.2026, 17:12
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın inkişaf etməkdə olan kiçik ada dövlətlərinin mədəni və təbii irsinin qorunmasına yönəlmiş beynəlxalq texniki yardım proqramı (Kiçik Ada Dövlətləri üçün Əməkdaşlıq Proqramı) təqdim olunub.
Bu barədə Oxu24.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Ada irsindən Ümumdünya İrsinə" mövzusunda tədbirdə kiçik ada dövlətlərinin nazirləri, BMT yanında daimi nümayəndələri, diplomatik korpusun üzvləri və digər yüksək vəzifəli nümayəndələr iştirak edib.
Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, iqlim dəyişikliyi və digər ekoloji təhdidlərlə üzləşən kiçik ada dövlətlərinin mədəni və təbii irsinin qorunması üçün onların praktiki imkanlarının gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın bu sahədə əməkdaşlığa və beynəlxalq həmrəyliyə sadiqliyini vurğulayan nazir müavini ölkəmizin hər il üç ada dövlətinə UNESCO-nun Ümumdünya İrs Siyahısına nominasiya prosesinə hazırlıq çərçivəsində ilkin siyahıların tərtibi üzrə texniki yardım göstərəcəyini bildirib.
Tədbirdə proqramın ilk pilot mərhələsinin Qvineya-Bisau, Palau və Dominikan Respublikasını əhatə edəcəyi açıqlanıb.
Çıxış edən Qvineya-Bisau və Palaunun xarici işlər nazirləri, eləcə də Dominikan Respublikasının yüksək vəzifəli nümayəndəsi ölkələrinin pilot mərhələyə daxil edilməsinə görə Azərbaycan hökumətinə təşəkkür ediblər.
Qrenada, Maldiv Respublikası və Baham Adalarının nazirləri də çıxışlarında proqramı kiçik ada dövlətlərinin ehtiyaclarına cavab verən, zamanında irəli sürülmüş məqsədyönlü təşəbbüs kimi qiymətləndiriblər.
Müzakirələrə qatılan Almaniya, Türkiyə, Rusiya və digər ölkələrin nümayəndələri isə proqramın beynəlxalq tərəfdaşlığın inkişafına və dünya irsinin qorunmasına töhfə verəcəyini vurğulayıblar.
Tədbirin davamında proqramın icrası ilə bağlı praktiki məsələlər müzakirə olunub. Proqram çərçivəsində 39 ada dövlətindən 80-dən çox yerli mütəxəssisin hazırlanması nəzərdə tutulur.


12:23 / 04 Noyabr 2026
1
12:19 / 04 Noyabr 2026
19
12:10 / 04 Noyabr 2026
106
12:00 / 04 Noyabr 2026
53
11:52 / 04 Noyabr 2026
239
11:48 / 04 Noyabr 2026
95
11:39 / 04 Noyabr 2026
82
11:32 / 04 Noyabr 2026
78
11:25 / 04 Noyabr 2026
79
11:18 / 04 Noyabr 2026
351
11:14 / 04 Noyabr 2026
226
11:10 / 04 Noyabr 2026
72
11:06 / 04 Noyabr 2026
75
11:05 / 04 Noyabr 2026
68
11:03 / 04 Noyabr 2026
76
11:02 / 04 Noyabr 2026
98
10:50 / 04 Noyabr 2026
80
10:46 / 04 Noyabr 2026
877
10:39 / 04 Noyabr 2026
89
10:28 / 04 Noyabr 2026
97
10:26 / 04 Noyabr 2026
95
10:24 / 04 Noyabr 2026
201
10:16 / 04 Noyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.