Yüksək vəzifəyə təyinat oldu - FOTO
12 Sentyabr 2026, 18:54
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
246
24.08.2026, 15:03
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin onlayn formatda iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub.
Oxu24.com xəbər verir ki, layihənin açılışı Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimi tədbiri çərçivəsində edilib.
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə mətbuata birgə bəyanatında bu hadisəni aparıcı Azərbaycan bankının Özbəkistan bazarına daxil olması kimi dəyərləndirib.
Layihə ABB-nin Özbəkistanın kommersiya banklarından olan Davr Bankın əsas nəzarət səhm paketini əldə edərək bu ölkənin bazarında "ABB Davr" Bank adı ilə fəaliyyətini nəzərdə tutur.
Xatırladaq ki, avqustun 22-də Daşkənddə təşkil olunmuş IV Özbəkistan-Azərbaycan regionlararası forumunda ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovla Davr Bankın təsisçisi və Müşahidə Şurasının sədri Lütfulla Ubayev Davr Bankın əsas nəzarət səhm paketinin ABB tərəfindən alınmasına dair anlaşma sənədi imzalamışdılar.
Beləliklə, layihəyə start verildi və ABB 2026-2028-ci illər üzrə strateji inkişaf planında nəzərdə tutulmuş coğrafi genişlənmə hədəfinə uyğun olaraq Özbəkistanın maliyyə bazarına daxil oldu.
Bank "ABB Davr" Bank brendi ilə Özbəkistanın bütün regionlarında korporativ və fərdi müştərilərə universal maliyyə xidmətləri göstərəcək. ABB Maliyyə Qrupu son illərdə özünü doğrultmuş korporativ idarəetmə sistemini, rəqəmsallaşma, süni intellekt əsaslı innovativ layihələrini, kiçik və orta bizneslər üçün universal maliyyə həllərini Özbəkistan bazarında da geniş tətbiq edəcək. 40 milyona yaxın əhalisi olan, iqtisadiyyatı ardıcıl sürətlə inkişaf edən Özbəkistanın bank sektorunda yeni təcrübələr yaratmağa çalışacaq. Xüsusilə ölkədəki kiçik və orta bizneslərin inkişafı üçün əlavə imkanlar açacaq.
Bu bazarda məqsədyönlü fəaliyyət ABB-yə də böyük imkanlar qazandıracaq. Tanınmış Azərbaycan brendi olan ABB Maliyyə Qrupunun regional və beynəlxalq imicini daha da möhkəmləndirəcək.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Özbəkistan bazarında iştiraka yaradılmış şəraitə görə Azərbaycan və Özbəkistan prezidentlərinə, həmçinin bu prosesə dəstək vermiş müvafiq dövlət qurumlarına minnətdarlığını bildirib: "Bizim üçün böyük şərəfdir ki, ABB-nin yeni strateji dövrdə qarşıya qoyduğu coğrafi genişlənmə hədəfinə doğru ilk tarixi addım məhz qardaş Özbəkistandan başlandı.
Bu layihəni Özbəkistanda uzunmüddətli fəaliyyətimizin başlanğıcı kimi qiymətləndiririk, biznes, vətəndaşlar, eləcə də ölkə iqtisadiyyatı üçün etibarlı maliyyə tərəfdaşı olmaq istəyirik. Niyyətimiz yeni imkanlar yaratmaq, iqtisadiyyata dəstək olmaq, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişafına töhfə verməkdir".
Davr Bankın təsisçisi və Müşahidə Şurasının sədri Lütfulla Ubayev bildirib: "Bu əqdlə biz bank xidmətlərini keyfiyyətcə yeni mərhələyə daşıyırıq. Yeni tərəfdaşımızın təcrübəsi, innovativ texnologiyaları və dayanıqlı kapitalı Davr Bank-a ən qısa zamanda müştərilərinə qabaqcıl maliyyə məhsulları təqdim etməyə imkan verəcək. Bu tərəfdaşlıq bankımız üçün daha yüksək sabitliyin və güclü texnoloji sıçrayışın təminatıdır".
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.


21:58 / 13 Sentyabr 2026
1
21:46 / 13 Sentyabr 2026
33
21:42 / 13 Sentyabr 2026
31
21:11 / 13 Sentyabr 2026
123
21:08 / 13 Sentyabr 2026
555
20:54 / 13 Sentyabr 2026
65
20:45 / 13 Sentyabr 2026
217
20:41 / 13 Sentyabr 2026
78
20:36 / 13 Sentyabr 2026
249
20:10 / 13 Sentyabr 2026
997
19:25 / 13 Sentyabr 2026
283
19:22 / 13 Sentyabr 2026
106
19:14 / 13 Sentyabr 2026
191
19:08 / 13 Sentyabr 2026
556
18:55 / 13 Sentyabr 2026
73
18:38 / 13 Sentyabr 2026
656
18:33 / 13 Sentyabr 2026
94
18:32 / 13 Sentyabr 2026
84
18:31 / 13 Sentyabr 2026
66
18:25 / 13 Sentyabr 2026
104
18:25 / 13 Sentyabr 2026
11609
18:15 / 13 Sentyabr 2026
81
17:55 / 13 Sentyabr 2026
257
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.