Baş nazirdən maaşlarla bağlı QƏRAR
19 Avqust 2026, 14:44
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
41
19.08.2026, 14:49
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyinatı olub.
Nazirlikdən Oxu24.com verilən məlumata görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hikmət Mövlud oğlu Mustafayev bu vəzifəyə təyin edilib.
Qeyd edilib ki, Hikmət Mustafayev 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) fərqlənmə diplomu ilə, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bitirib. 1994–1995-ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçib. 1997-ci ildən dövlət qulluğunda fəaliyyət göstərən H.Mustafayev Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb.
O, eyni zamanda COP29 Azərbaycan Əməliyyat Şirkətində Aparat rəhbəri kimi bu mötəbər beynəlxalq tədbirin təşkilati və inzibati idarəetmə proseslərində fəal iştirak edib. Bu təyinatadək Heydər Əliyev Mərkəzi direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərən H.Mustafayev strateji planlaşdırma, institusional koordinasiya və təşkilati idarəetmə sahələrində geniş təcrübəyə malik mütəxəssis kimi tanınır.
Dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Dövlət qulluğunun baş müşaviridir.
15:11 / 19 Avqust 2026
1
15:10 / 19 Avqust 2026
5
14:50 / 19 Avqust 2026
37
14:44 / 19 Avqust 2026
43
14:30 / 19 Avqust 2026
57
14:24 / 19 Avqust 2026
54
14:18 / 19 Avqust 2026
126
14:15 / 19 Avqust 2026
63
14:05 / 19 Avqust 2026
48
13:59 / 19 Avqust 2026
62
13:45 / 19 Avqust 2026
57
13:37 / 19 Avqust 2026
63
13:30 / 19 Avqust 2026
55
13:10 / 19 Avqust 2026
69
13:06 / 19 Avqust 2026
67
12:59 / 19 Avqust 2026
63
12:52 / 19 Avqust 2026
334
12:49 / 19 Avqust 2026
303
12:45 / 19 Avqust 2026
78
12:38 / 19 Avqust 2026
75
12:32 / 19 Avqust 2026
112
12:30 / 19 Avqust 2026
64
12:16 / 19 Avqust 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.