Onkoloji xəstələr niyə dərmansız qalır? – Ekspertdən AÇIQLAMA
07 Noyabr 2026, 10:44
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
231
19.08.2026, 15:10
Təbabət sahəsində xəstəliklərin vaxtında və dəqiq diaqnostikası pasiyentin tam sağalması üçün ən vacib amillərdən biri hesab olunur. Lakin müasir praktika göstərir ki, bəzi hallarda ilkin tibbi müayinələr zamanı qan göstəricilərindəki kənara çıxmalar və digər simptomlar lazımi dərəcədə ciddi qəbul edilmir. Xəstəliyin səbəblərinə dərinləsinə nüfuz etmədən aparılan səthi müalicələr isə problemlərin yalnız müvəqqəti ört-basdır olunmasına gətirib çıxarır. Nəticədə zaman keçdikcə fəsadlar daha da ağırlaşır və sonrakı müalicə prosesini çətinləşdirir. Ekspertlər bildirirlər ki, vaxtında dar mütəxəssislərə yönləndirilməyən xəstələrdə patologiyalar daha da dərinləşir.
Oxu24.com xəbər verir ki, hərarətin yüksəlməsi kimi hallar və digər simptomlar çox vaxt infeksiya ilə əlaqələndirilir. Pasiyent müraciət etdikdə yazılan müayinələrin içərisində qan dəyərlərinin bir qədər dəyişməsi görünə bilər. Bəzi həkimlər bunu ciddi qəbul edib hematoloqla məsləhətləşməyə üstünlük versələr də, bəziləri məsələnin dərinliyinə getmədən müalicə təyin edirlər. Xəstəyə 'Səhhətinizdə ciddi bir şey yoxdur, yüngülvari soyuq dəymədir' deyərək skeptik yanaşırlar. Bu cür səthi yanaşma nəticəsində zaman keçdikcə xəstəlik daha da dərinləşir, ağırlaşır və ilkin aparılan müalicələrə tabe olmur. Çünki bu tip patologiyalar standart yüngül müalicələrlə sağala bilməz.
Mütəxəssislər xəbərdar edir ki, pasiyentlər səhhətlərində olan dəyişikliklərə laqeyd yanaşmamalı, xüsusən qan analizlərində hər hansı kənaraçıxma müşahidə olunduqda mütləq müvafiq sahənin dar mütəxəssisinə müraciət etməlidirlər. Çünki vaxtında qoyulan dəqiq diaqnoz və düzgün seçilmiş müalicə taktikası gələcəkdə yarana biləcək ağır fəsadların qarşısını almaq üçün yeganə çıxış yoludur.
14:31 / 08 Noyabr 2026
1
13:45 / 08 Noyabr 2026
190
13:35 / 08 Noyabr 2026
357
13:21 / 08 Noyabr 2026
77
13:16 / 08 Noyabr 2026
116
13:06 / 08 Noyabr 2026
112
12:47 / 08 Noyabr 2026
216
12:46 / 08 Noyabr 2026
99
12:39 / 08 Noyabr 2026
100
12:35 / 08 Noyabr 2026
563
12:29 / 08 Noyabr 2026
126
12:28 / 08 Noyabr 2026
123
12:27 / 08 Noyabr 2026
113
12:22 / 08 Noyabr 2026
115
12:17 / 08 Noyabr 2026
108
12:16 / 08 Noyabr 2026
123
12:14 / 08 Noyabr 2026
132
12:05 / 08 Noyabr 2026
272
11:59 / 08 Noyabr 2026
754
11:52 / 08 Noyabr 2026
204
11:48 / 08 Noyabr 2026
108
11:45 / 08 Noyabr 2026
119
11:40 / 08 Noyabr 2026
7167
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.