Qaynar xətt:

(+99450) 247 90 86

Adınıza saxta kredit rəsmiləşdirilibsə, nə etməlisiniz? – Vəkildən vacib açıqlama  

Adınıza saxta kredit rəsmiləşdirilibsə, nə etməlisiniz? – Vəkildən vacib açıqlama  

HÜQUQ

357

19.08.2026, 13:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son illərdə vətəndaşların adından onların xəbəri və razılığı olmadan kreditlərin rəsmiləşdirilməsi ilə bağlı müraciətlərə rast gəlinir. Belə hallarda vətəndaş kredit təşkilatına və ya banka müraciət etdikdə onun adına müxtəlif borcların rəsmiləşdirildiyini öyrənir. Şəxs isə həmin krediti götürmədiyini, müqaviləni imzalamadığını və ümumiyyətlə, belə bir borcdan xəbərinin olmadığını bildirir. Bu zaman yaranan əsas suallardan biri həmin kredit öhdəliyinin necə aradan qaldırılması və vətəndaşın hüquqlarını necə müdafiə etməsidir.

Məsələ ilə bağlı Ceyhun Məmmədov Oxu24.com-a açıqlamasında bildirib ki, vətəndaş ilk növbədə adına kreditin hansı əsasla rəsmiləşdirildiyini dəqiq müəyyənləşdirməlidir.

Vəkilin sözlərinə görə, xüsusilə şəxsiyyət vəsiqəsinin itirilməsi və ya başqa şəxslərin həmin sənəddən qanunsuz istifadə etməsi nəticəsində bu cür hallar yarana bilər:

“Adına müxtəlif bank və kredit təşkilatlarında kredit rəsmiləşdirildiyini öyrənən şəxs ilk növbədə bu kreditlərin hansı qaydada verildiyini araşdırmalıdır. Vətəndaşın həmin kreditlərdən xəbəri yoxdursa və kredit müqaviləsini özü bağlamayıbsa, burada məsələnin hüquqi baxımdan araşdırılması vacibdir.

Mənim təcrübəmdə də şəxsiyyət vəsiqəsini itirən şəxslərlə bağlı belə hallar olub. Şəxsiyyət vəsiqəsinin başqa şəxslərin əlinə keçməsi nəticəsində həmin sənəddəki məlumatlardan istifadə etməklə müxtəlif elektron xidmətlərə qoşulmaq, kredit üçün müraciət etmək və başqa əməliyyatlar aparmaq cəhdləri mümkündür. Buna görə də burada yalnız kreditin vətəndaşın adına rəsmiləşdirilməsinə baxmaq kifayət etmir. Kredit təşkilatının həmin şəxsin kimliyini hansı prosedurla müəyyənləşdirdiyi də araşdırılmalıdır”.

Vəkil qeyd edib ki, kredit təşkilatları tərəfindən müştərinin şəxsiyyətinin müəyyənləşdirilməsi və kreditin rəsmiləşdirilməsi zamanı həyata keçirilən prosedurların hansı formada aparıldığı xüsusi əhəmiyyət daşıyır. Çünki vətəndaş kredit götürmədiyini bildirirsə, həmin kredit müqaviləsinin necə bağlandığı, müraciətin hansı kanaldan edildiyi, şəxsiyyətin necə təsdiqləndiyi və digər mərhələlərin necə həyata keçirildiyi müəyyənləşdirilməlidir.

“Burada kredit təşkilatının da üzərinə düşən prosedurların necə yerinə yetirildiyini araşdırmaq lazımdır. Məsələn, kredit hansı formada rəsmiləşdirilib, elektron qaydada müraciət edilib, yoxsa şəxs kredit təşkilatına fiziki olaraq müraciət edib, şəxsiyyətin təsdiqi necə aparılıb, sənədlər necə təqdim olunub və digər təhlükəsizlik prosedurlarına riayət edilibmi? Bütün bunlar araşdırılmalıdır.

Əgər söhbət bank kartının və ya digər sənədlərin kuryer vasitəsilə təqdim edilməsindən gedirsə, həmin mərhələdə də şəxsiyyətin düzgün müəyyənləşdirilib-müəyyənləşdirilmədiyi araşdırılmalıdır. Yəni məsələ yalnız vətəndaşın ‘mən bu krediti götürməmişəm’ deməsi ilə bitmir. Kreditin rəsmiləşdirilməsi zamanı bütün prosedurların necə həyata keçirildiyi hüquqi qiymət almalıdır”.

Ceyhun Məmmədovun sözlərinə görə, vətəndaş belə bir vəziyyətlə qarşılaşdıqda məsələnin yalnız şifahi şəkildə banka bildirilməsi ilə kifayətlənməməlidir. Kredit təşkilatına yazılı müraciət edilməli, adına rəsmiləşdirilən kreditlə bağlı məlumatlar və sənədlər tələb olunmalı, eyni zamanda, hüquq-mühafizə orqanlarına müraciət məsələsi də nəzərdən keçirilməlidir.

“Əgər vətəndaş kreditin onun tərəfindən götürülmədiyini və saxtakarlıq yolu ilə rəsmiləşdirildiyini iddia edirsə, bu halın araşdırılması üçün aidiyyəti orqanlara müraciət etmək lazımdır. Çünki burada yalnız mülki mübahisə deyil, eyni zamanda başqa şəxsin məlumatlarından və ya sənədlərindən qanunsuz istifadə edilməsi ilə bağlı məsələ də ortaya çıxa bilər.

Digər tərəfdən, kredit müqaviləsinin özü də mübahisələndirilə bilər. Əgər həmin müqavilənin vətəndaş tərəfindən bağlanmadığı müəyyən edilirsə, məhkəmə qaydasında müqavilə ilə bağlı müvafiq tələblərin irəli sürülməsi mümkündür. Məqsəd şəxsin faktiki olaraq götürmədiyi kredit üzrə borclu vəziyyətinə salınmasının qarşısını almaqdır”.

Vəkil xüsusilə vurğulayıb ki, vətəndaşın adına kredit rəsmiləşdirildiyini gec öyrənməsi vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Buna görə də şəxs öz adına olan kredit öhdəlikləri və kredit tarixçəsi ilə bağlı məlumatları vaxtaşırı yoxlamalı, tanımadığı borc aşkar etdikdə isə dərhal tədbir görməlidir.

Belə hallarda əsas məsələ vətəndaşın həmin kredit müqaviləsinin tərəfi olub-olmadığının, müqavilənin hansı şəraitdə bağlandığının və kredit təşkilatının müştərinin şəxsiyyətini müəyyənləşdirərkən tələb olunan prosedurlara riayət edib-etmədiyinin müəyyən edilməsidir. Əgər kreditin vətəndaşın iradəsi və iştirakı olmadan rəsmiləşdirildiyi sübuta yetirilərsə, onun həmin borcla bağlı hüquqi müdafiə imkanları yarana bilər.

Vəkil Ceyhun Məmmədov Oxu24.com-a açıqlamasında vətəndaşlara belə hallarda məsələni gecikdirməməyi, kredit təşkilatına yazılı şəkildə müraciət etməyi, kreditin rəsmiləşdirilməsi ilə bağlı sənədləri əldə etməyi və zərurət yarandıqda məhkəmə və digər hüquqi müdafiə mexanizmlərindən istifadə etməyi tövsiyə edib.

Prezident İlham Əliyev Pakistanın Azərbaycana dəyişməz dəstəyini yüksək qiymətləndirib 

13:06 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev Pakistanın Azərbaycana dəyişməz dəstəyini yüksək qiymətləndirib 

133

0
Zakir Həsənovun şəkil çəkdirdiyi əkizlər kimdir? 

12:47 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Zakir Həsənovun şəkil çəkdirdiyi əkizlər kimdir? 

339

1
Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

12:46 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

112

1
Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

12:39 / 08 Noyabr 2026

HƏRBİ HƏRBİ

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

113

0
Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

12:35 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

668

0
Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

12:29 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

142

1
Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

12:28 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

137

0
Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

12:27 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

123

0
Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

12:22 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

126

0
Xankəndidə keçmiş icra hakimiyyətinin binası Zəfər Muzeyi olacaq 

12:17 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Xankəndidə keçmiş icra hakimiyyətinin binası Zəfər Muzeyi olacaq 

125

0
Ali Baş Komandan: Düşmənin beli döyüş meydanında qırıldı 

12:16 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ali Baş Komandan: Düşmənin beli döyüş meydanında qırıldı 

141

0
Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

12:14 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

148

0