Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan bu ölkəyə başsağlığı verdi

Azərbaycan bu ölkəyə başsağlığı verdi

SİYASƏT

352

15.08.2026, 21:17

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) baş vermiş zəlzələ ilə bağlı İndoneziyaya başsağlığı verib.

Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" sosial şəbəkə hesabında paylaşım edib.

"İndoneziyada baş verən insan tələfatı, eləcə də xəsarətlərlə nəticələnən dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirib.

Həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik.

Bu çətin zamanda İndoneziya xalqının yanındayıq", - paylaşımda qeyd olunub.