Qaynar xətt:

(+99450) 247 90 86

Ürəyi 45 dəqiqə dayandı, o dünyadan qayıtdı və bunları danışdı: ŞOK DETALLAR  

Ürəyi 45 dəqiqə dayandı, o dünyadan qayıtdı və bunları danışdı: ŞOK DETALLAR  

DÜNYA

360

15.08.2026, 22:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Klinik ölüm vəziyyəti yaşayan insanların təxminən 10-20 faizi o dünyadan qayıtdıqdan sonra olduqca qeyri-adi və sirli hekayələr danışırlar. Bu cür heyrətamiz hallardan biri də ürəyi düz 45 dəqiqə dayanan amerikalı Mayk Makkinsinin başına gəlib.

Kəskin appendisit diaqnozu ilə xəstəxanaya yatırılan Mayk əməliyyatdan öncə anesteziya qəbul etməmişdən əvvəl gözlənilməz mənzərə ilə qarşılaşıb. O iddia edir ki, hələ narkozun təsiri başlamazdan əvvəl İsa peyğəmbər əməliyyat otağına daxil olub. Mayk həmin anı təsvir edərək bildirib: "İsa əməliyyat otağının qapısından içəri girdi. O, ağ geyimli, tünd dərili, qısa tünd qəhvəyi saqqallı, dalğalı saçlı və tünd yaşıl-mavi gözlü biri idi. Mənə yaxınlaşanda əlini uzadıb "Duanızı qəbul etmək istəyirəm" dedi. Çox çaşqın idim, amma əlindən tutdum".

Amerikalının sözlərinə görə, həmin sirli fiqur onu tünd yaşıl otlarla örtülmüş bir təpəyə aparıb. Orada hissləri o qədər güclü olub ki, hətta hər bir ot sapının toxunuşunu belə dərindən hiss edə bilib. Bir müddət sonra gözqamaşdırıcı ağ işıq dağılıb və qarşıda pastel rənglərlə dumanla örtülmüş nəhəng bir şəhər mənzərəsi açılıb. Şəhərin mərkəzi hündür, çarpazsız ağ qüllələri olan nəhəng qızılı günbəzlə əhatə olunubmuş, uzaqda isə mükəmməl formalı ağacları olan dağ görünürmüş. Günəşsiz səmanın canlı rənglərlə parıldadığını, ardından isə işıq və istilik zolaqlarının yayıldığını deyən Mayk, bundan dərhal sonra reanimasiya şöbəsində ayıldığını bildirib.

Alimlər və tədqiqatçılar bu cür halların kifayət qədər geniş yayılqığını vurğulasalar da, elm dünyasının buna öz izahatları var. Mütəxəssislər hesab edirlər ki, həmin o məşhur parlaq ağ işıq oksigen çatışmazlığından əziyyət çəkən görmə qabığının funksional pozğunluqları ilə bağlıdır. İnsanın hiss etdiyi dincəliş və eyforiya isə baş beyinin ağır stress və travma zamanı ağrıları bloklamaq məqsədilə külli miqdarda endorfin hormonu ifraz etməsi ilə izah olunur.

Oxu24.com xəbər verir ki,məsələ ilə bağlı NOCOMMENT.az-a danışan tanınmış həkim, beyin cərrahı Kamil Vəlili qeyd edib ki, klinik ölüm keçirən xəstələrin gördükləri vizual görüntülər tamamilə neyroloji proseslərlə əlaqədardır: "İnsan beyni ölüm prosesinə və ya oksigen aclığına girərkən son gücü ilə mübarizə aparır və bu zaman müəyyən qalisinoz xarakterli yaddaş impulsivlikləri yaranır. Beyinin müəyyən mərkəzləri iflic olarkən şüur müxtəlif illüziyalar qavraya bilir".

Onun sözlərinə görə, tibbi baxımdan 45 dəqiqə ürəyi dayanan şəxsin dirilməsi möcüzə kimi görünə bilər, lakin beyin hüceyrələrinin qısa müddətli dərin hipoksiyası zamanı bu cür qarabasmalar və mistik xatirələrin formalaşması tamamilə izaholunandır.

Məsələnin dini tərəfini saytımıza şərh edən dinşünas Mehrac Əliyev qeyd edib ki, islam teologiyasında və ümumilikdə ilahiyyatda ölüm və o dünyayla bağlı məsələlər sırf ilahi qanunauyğunluqlar çərçivəsində qiymətləndirilir: "İnsan ruhunun bədəndən ayrılması və ya bu tip keçidlərin yaşanması uca Yaradanın iradəsinə bağlıdır. Kənar müdaxilələr və ya klinik ölüm zamanı yaşananlar əksər hallarda insanın öz daxili psixoloji dünyasının, inanc sisteminin şüuraltı əks olunan formasıdır".

Onun sözlərinə görə, hər kəsin o dünyanı dərk etməsi və ya gördüklərini izah forması fərqli olur, lakin real axirət həyatı tamamilə fərqli bir məstəvidə və ilahi hökmlərlə tənzimlənir: "Belə hallara birtərəfli şəkildə yalnız mistik və ya dini möcüzə kimi yanaşmaq doğru deyil, çünki insan psixikası bu cür ağır böhran anlarında müxtəlif obrazlar yarada bilər".

Ramiz Mehdiyevin növbəti məhkəmə tarixi bəlli oldu 

20:56 / 15 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Ramiz Mehdiyevin növbəti məhkəmə tarixi bəlli oldu 

82

0
Kamran Əsədovun məhkəməsi yenidən təxirə salındı – Müdafiəçisi iclasa gəlmədi

20:48 / 15 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kamran Əsədovun məhkəməsi yenidən təxirə salındı – Müdafiəçisi iclasa gəlmədi

86

0
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…

20:30 / 15 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…

131

0
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib, Prezident İlham Əliyev tədbirdə çıxış edib - YENİLƏNİB-5

20:21 / 15 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib, Prezident İlham Əliyev tədbirdə çıxış edib - YENİLƏNİB-5

79

0
Avrasiya uğrunda böyük yarış: Azərbaycan hansı milyardlara sahib çıxa bilər?

20:13 / 15 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Avrasiya uğrunda böyük yarış: Azərbaycan hansı milyardlara sahib çıxa bilər?

82

0
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi

20:07 / 15 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi

86

0
Dəmiryol Vağzalında izdiham - Qatarlar gecikir 

19:58 / 15 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Dəmiryol Vağzalında izdiham - Qatarlar gecikir 

251

0
DİQQƏT! Bu şəxslərə əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR - RƏSMİ  

19:54 / 15 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

DİQQƏT! Bu şəxslərə əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR - RƏSMİ  

109

0
Onun edamı canlı yayımlanmayacaq - Tramp 

19:51 / 15 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Onun edamı canlı yayımlanmayacaq - Tramp 

110

0
Dövlət başçısının AŞ və AP-ni beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin nümunələri adlandırması təsadüfi deyil - RƏY

19:37 / 15 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Dövlət başçısının AŞ və AP-ni beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin nümunələri adlandırması təsadüfi deyil - RƏY

80

0
“Məktəbli forması sosial fərqlərin ön plana çıxmasının qarşısını alır”— Təhsil ekspertindən AÇIQLAMA  

19:24 / 15 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

“Məktəbli forması sosial fərqlərin ön plana çıxmasının qarşısını alır”— Təhsil ekspertindən AÇIQLAMA  

95

1
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

19:21 / 15 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

79

0