Quşlar yüksək gərginlikli elektrik xətlərində dayanır-Bəs niyə elektrik onları vurmur?
03 Noyabr 2026, 21:27
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
853
15.08.2026, 21:37
Qarabağ problemi başlayanda Rəşid Behbudov ərazi məsələləri üstündə Mixail Qorbaçovla dalaşır və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti ona verir. Bundan sonra Ali Sovetdən uzaqlaşdırılan Rəşid Behbudov hər il getdiyi tibbi komissiyanın müalicələrinə buraxılmır. Onun səhhətində, xüsusən də böyrəklərində problemlər yaranır.
Rəşid Behbudov sonralar xəstəxanada yatanda xanımına deyib ki, kaset məsələsinə görə onu aradan götürəcəklər. Sonralar Şaumyanın Bakıda basdırıldığı iddia olunan yerdə işlər aparılan zaman bu işlə məşğul olan insanlar deyirlər ki, “biz Rəşidə inanmadıq. O, haqlı idi”. Meyitlərin tibbi ekspertizası zamanı Şamuyanın cəsədini orada tapılmır.
Atamın böyrəyini əməliyyat etməli idilər. Anamla mən səhər saat 9-da Moskvada Kremlin xəstəxanasında olarkən zəng gəldi. Dedilər ki, əməliyyat təxirə salınır. Bizə heç nə demədilər. Heç nə də açıqlamadılar. Atamı palataya apardılar və biz onu bir daha görmədik. Atamın isə yanına heç kimi buraxmırdılar. Xəstəxanada Stalin rejimi hökm sürürdü. Qohumlara psixoloji təzyiq edirdilər. Bizə yalnız deyirdilər ki, “olmaz, olmaz, olmaz!” Palatada atamın qışqırıq səsi gəlirdi. Anam soruşanda ki, ona nə olub? Dedilər ki, narahat olmayın, müalicə gedir, heç bir problem yoxdur”.
Müəmmalı ölümdən sonra Moskvada müğənninin ailəsinə bildirirlər ki, “sizin dinə görə meyiti yarmaq olmaz”. Ancaq həyat yoldaşının xahişi ilə onun meyiti Bakıda ekspertiza olunur. Meyitin yarılması Tibbi Ekspertiza İnstitutunun əməkdaşları yox, polis işçiləri tərəfindən həyata keçirir. Lazımi sənədləri isə yoxa çıxarırlar. Hal-hazırda arxivlərdə tibbi ekspertizanın sənədləri yoxdur.
Rəşid Behbudov iyunun 8-dən 9-na keçən gecə saat 04:10-da vəfat edir. Bu xəbəri onun ailəsinə isə günorta saat 12-də deyirlər. Xanəndənin həyat yoldaşı onlardan soruşanda ki, Rəşid Məcidoviç özünü necə hiss edir? Ona deyirlər: “Oy, bağışlayın, Ceyran xanım. Rəşid Məcidoviç vəfat etdi”.
10:50 / 04 Noyabr 2026
1
10:46 / 04 Noyabr 2026
25
10:39 / 04 Noyabr 2026
39
10:28 / 04 Noyabr 2026
58
10:26 / 04 Noyabr 2026
47
10:24 / 04 Noyabr 2026
92
10:16 / 04 Noyabr 2026
56
10:10 / 04 Noyabr 2026
108
10:03 / 04 Noyabr 2026
156
10:00 / 04 Noyabr 2026
74
09:54 / 04 Noyabr 2026
89
09:52 / 04 Noyabr 2026
64
09:43 / 04 Noyabr 2026
69
09:31 / 04 Noyabr 2026
80
09:30 / 04 Noyabr 2026
78
09:25 / 04 Noyabr 2026
70
09:22 / 04 Noyabr 2026
112
09:12 / 04 Noyabr 2026
96
09:05 / 04 Noyabr 2026
494
09:00 / 04 Noyabr 2026
116
08:58 / 04 Noyabr 2026
108
08:58 / 04 Noyabr 2026
901
08:47 / 04 Noyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.