Netanyahu təhlükəli qərar verdi:xalq nə düşünür? — TƏHLİL
04 Noyabr 2026, 09:05
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
405
14.08.2026, 14:23
“Dövlət auditi” informasiya sistemi yaradılıb.
Prezident İlham Əliyev sistemin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
Fərmanla, “Dövlət auditi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir. Azərbaycan Respublikasının Hesablama Palatasına “Dövlət auditi” informasiya sisteminin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görmək, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə DAİS-in Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə DAİS-in “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görmək tövsiyə edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə, bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin 3-cü hissəsində qeyd olunan məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) ilə birlikdə həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə üç ay müddətində zəruri tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
11:05 / 04 Noyabr 2026
1
11:03 / 04 Noyabr 2026
7
11:02 / 04 Noyabr 2026
9
10:50 / 04 Noyabr 2026
43
10:46 / 04 Noyabr 2026
148
10:39 / 04 Noyabr 2026
58
10:28 / 04 Noyabr 2026
71
10:26 / 04 Noyabr 2026
64
10:24 / 04 Noyabr 2026
118
10:16 / 04 Noyabr 2026
69
10:10 / 04 Noyabr 2026
124
10:03 / 04 Noyabr 2026
178
10:00 / 04 Noyabr 2026
87
09:54 / 04 Noyabr 2026
99
09:52 / 04 Noyabr 2026
73
09:43 / 04 Noyabr 2026
77
09:31 / 04 Noyabr 2026
90
09:30 / 04 Noyabr 2026
88
09:25 / 04 Noyabr 2026
78
09:22 / 04 Noyabr 2026
120
09:12 / 04 Noyabr 2026
101
09:05 / 04 Noyabr 2026
523
09:00 / 04 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.