Azərbaycanda bu rüsum LƏĞV EDİLİR
05 Noyabr 2026, 11:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
318
15.08.2026, 20:06
Azərbaycan pasportunun dünyadakı mövqeyi, vizasız səyahət imkanları və müxtəlif regionlara çıxış səviyyəsi ilə bağlı yeni göstəricilər açıqlanıb.
Oxu24.com xəbər verir ki, 34 dildə 199 ölkə üzrə pasport hesabatları yayımlayan, Amerika Birləşmiş Ştatları mərkəzli müstəqil www.passportreports.com/tr/ platformasının məlumatlarına əsasən, Azərbaycan pasportu qlobal pasport reytinqində 110-cu yerdə qərarlaşıb. Pasportun ümumi mobillik göstəricisi 82-dir.
Bu isə Azərbaycan pasportu sahiblərinin 82 istiqamətə əvvəlcədən ənənəvi viza almadan, yəni vizasız, gəliş zamanı viza və ya elektron səyahət icazəsi ilə səfər edə bilməsi deməkdir. Ümumi qlobal çıxış göstəricisi 41,4 faiz təşkil edir. Bununla yanaşı, 116 ölkəyə səfər üçün əvvəlcədən viza tələb olunur.
Azərbaycan pasportu sahibləri hazırkı göstəricilərə əsasən 35 ölkəyə vizasız səfər edə bilirlər. Bu rəqəm hesabatda nəzərə alınan istiqamətlərin 17,7 faizinə bərabərdir. Vizasız ölkələr arasında Türkiyə, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Moldova və Serbiya kimi Azərbaycan vətəndaşlarının tez-tez səfər etdiyi dövlətlər də yer alır. Gürcüstanda qalma müddəti 360 günədək, Ermənistanda 180 günədək, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində isə 90 günədək göstərilir. Çin də Azərbaycan pasportu sahiblərinin vizasız gedə bildiyi istiqamətlər sırasında yer alır və burada qalma müddəti 30 gün kimi qeyd olunur.
Azərbaycan pasportunun vizasız imkanları yalnız yaxın coğrafiya ilə məhdudlaşmır. Karib hövzəsində Antiqua və Barbuda, Baham adaları, Barbados, Dominika, Qrenada, Haiti və Sent-Vinsent və Qrenadin kimi ölkələr də bu siyahıya daxildir. Okeaniyada Mikroneziya və Vanuatu, Cənubi Amerikada isə Kolumbiya, Ekvador və Surinam Azərbaycan vətəndaşlarının əvvəlcədən viza almadan səfər edə bildiyi istiqamətlər sırasında göstərilir. Vanuatuda 120 gün, Antiqua və Barbudada isə 180 günədək qalmaq mümkündür./Modern.az
11:48 / 05 Noyabr 2026
12
11:46 / 05 Noyabr 2026
22
11:42 / 05 Noyabr 2026
39
11:34 / 05 Noyabr 2026
148
11:32 / 05 Noyabr 2026
101
11:29 / 05 Noyabr 2026
107
11:21 / 05 Noyabr 2026
157
11:16 / 05 Noyabr 2026
82
11:07 / 05 Noyabr 2026
80
10:59 / 05 Noyabr 2026
92
10:54 / 05 Noyabr 2026
145
10:45 / 05 Noyabr 2026
208
10:43 / 05 Noyabr 2026
100
10:38 / 05 Noyabr 2026
118
10:34 / 05 Noyabr 2026
94
10:20 / 05 Noyabr 2026
117
10:14 / 05 Noyabr 2026
87
10:12 / 05 Noyabr 2026
872
10:02 / 05 Noyabr 2026
98
10:00 / 05 Noyabr 2026
112
10:00 / 05 Noyabr 2026
130
09:53 / 05 Noyabr 2026
103
09:31 / 05 Noyabr 2026
485
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.