Qaynar xətt:

(+99450) 247 90 86

İsrailin "erməni soyqırımı" məsələsindən çəkinməsi bu amillə bağlı imiş — AÇIQLAMA  

İsrailin \"erməni soyqırımı\" məsələsindən çəkinməsi bu amillə bağlı imiş — AÇIQLAMA  

SİYASƏT

100

21.07.2026, 16:05

Beynəlxalq siyasətdə ümumi dəyərlər, insan hüquqları və demokratiya kimi prinsiplər artıq çoxdan arxa plana keçib. Xüsusilə böyük dövlətlər və ya təsir imkanları kiçik olan ölkələr bu normaları öz maraqlarına uyğun şəkildə formalaşdırırlar. İsrailin gündəlikdə olan məsələdən imtina etməsi də məhz bu geosiyasi və iqtisadi hesablaşmaların bir hissəsidir. Qlobal güclərin istənilən addımı atarkən öz maraqlarını üstün tutması beynəlxalq münasibətlərin reallığına çevrilib.

Mövzu ilə bağlı Oxu24.com saytının suallarını Ağ Partiyasının sədri Tural Abbaslı cavablandırıb. 

— Belə çıxır ki, beynəlxalq siyasətdə prinsiplərdən daha çox neftin çəkisi var? Bu qərarı necə şərh edərdiniz?

Ağ Partiya sədri Tural Abbaslının fikrincə, müasir beynəlxalq münasibətlər sistemində insan hüquqları, demokratiya və universal dəyərlər kimi prinsiplərin tətbiqi selektiv xarakter daşıyır. Onun sözlərinə görə, bu dəyərlər beynəlxalq siyasətdə vahid və bərabər şəkildə tətbiq edilmir, əksinə, geosiyasi maraqlar çərçivəsində fərqli yanaşmalar nümayiş etdirilir.

Tural Abbaslı hesab edir ki, xüsusilə kiçik dövlətlərə münasibətdə bu prinsiplər daha çox siyasi təsir və idarəetmə mexanizmi kimi istifadə olunur. O vurğulayır ki, böyük güclər və ya beynəlxalq sistemdə ciddi təsir imkanlarına malik bəzi dövlətlər, o cümlədən İsrail, zəruri hesab etdikləri hallarda beynəlxalq hüququn və universal dəyərlərin tələblərinə riayət etmədən hərəkət edə bilirlər:

“Ona görə də, yəni İsrailin bu addımına təəccüblənməmək lazımdır. Yəni onlar üçün “erməni soyqırımı" məsələsinin özü bir siyasi məsələdir. Burada heç bir haqq-ədalət olmadığı halda sırf Türkiyəni qıcıqlandırmaq üçün, Türkiyəyə son addımlarını, siyasi gedişlərini bir cavab vermək üçün "erməni soyqırımı" məsələsini İsrail öz parlamentində gündəmə gətirmişdi”.

Tural Abbaslı qeyd edir ki, Paşinyan və onun iqtidarı belə bu məsələnin dünyanın müxtəlif ölkələrində qaldırılmasının tərəfdarı deyil. Çünki Ermənistan özü Türkiyə ilə münasibətləri düzəltməyə çalışır və bu tarixi hadisələrlə, hansı ki, bu da tarixi hadisələrin şərhi deyil:

“Çünki Türkiyə dəfələrlə deyib ki, arxivlərimizi açaq və biz öz keçmişimizdən arxayınıq, biz heç bir millətə qarşı soyqırım etməmişik. Ümumiyyətcə, türk-müsəlman tarixində soyqırım etmək faktları yoxdur və yaxud hansısa bir milləti əzmək, onu qırmaq faktları yoxdur.

Bu sadəcə siyasi gediş idi və Türkiyəyə beynəlxalq arenada cavab vermək cəhdi idi”.

— Azərbaycanın məsələsi burada daha əsasdır. Bəs, niyə əsasdır? 

Partiya sədri diqqətə çatdırıb ki, Azərbaycan bəlkə də yeganə müsəlman dövlətidir ki, İsraillə münasibətləri ən yüksək formadadır. Həm İsraillə münasibətləri yüksək formada saxlayıb, həm Türkiyə ilə strateji müttəfiq olmaq, qardaşlıq siyasəti yürütmək o qədər asan deyil, sadə deyil.

“Niyə? Çünki, bu iki dövlət hər an siyasi-iqtisadi qarşı-qarşıya gələ bilər və Azərbaycan seçim etməli olacaq. Təbii ki, bizim seçimimiz həmişə bizim üçün aydındır, yəni ən azı biz partiya olaraq bu seçimin hər zaman Türkiyənin və Türk İslam Birliyinin yanından olmasının tərəfdarıyıq”.

T.Abbaslı bu addımı normal qiymətləndirdiyini bildirib:

“İstənilən halda Azərbaycanın mövqeyindən çıxış edərək deyə bilərəm ki, bu addım müsbət addımdır. Burada da Azərbaycanın əgər rolu varsa, bunun özü də kifayət qədər müsbət haldır”.

Çimnaz Telmanqızı