İran ABŞ-ı danışıqlarla bağlı saxta xəbərlər yaymaqda ittiham edib
10 Noyabr 2026, 04:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
481
09.07.2026, 11:40
Nikol Paşinyan Avropa Komissiyasının sədri Ursula Fon der Leyenlə birgə mətbuat konfransında regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycan və Türkiyə ilə enerji əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Ermənistan baş nazirinin sözlərinə görə, bu ölkələrlə elektrik verilişi xətlərinin çəkilməsi və inteqrasiyası həm Ermənistanın enerji təhlükəsizliyinə, həm də "yaşıl keçid" prosesinə mühüm töhfə verəcək. Bu bəyanat regionda yeni iqtisadi əməkdaşlıq formatlarının formalaşması baxımından ciddi rezonans doğurub.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycan regionun enerji təhlükəsizliyinə hər zaman töhfə verən dövlətdir.
“Ermənistan enerjidə asılılığı minimuma endirmək istəyir"
Millət vəkili qeyd edib ki, rəsmi İrəvanın son açıqlamaları Ermənistanın enerji təhlükəsizliyi baxımından həm şimaldan, həm də cənubdan olan asılılığını minimumlaşdırmaq məqsədi daşıyır:"Nəzərə alsaq ki, hazırda Azərbaycan 16 ölkəyə təbii qaz nəql edir, onlardan 12-si Avropada, 10-u isə Avropa İttifaqında yerləşir. Təbii ki, Azərbaycan eyni zamanda Ermənistana da yanacaq məhsulları ixrac edir. Praktik olaraq, Azərbaycan və Ermənistan arasında təxminən 40 ilə yaxın müddətdən sonra ilk ticarət əlaqələri məhz Azərbaycan yanacaq məhsullarının Ermənistan bazarına daxil olması ilə başladı. Ermənistan hazırda əsasən enerji məhsullarını Rusiya və İrandan alır. Azərbaycanın yanacaq məhsullarının idxalına isə ötən ildən etibarən başlanılıb. Ermənistan üçün enerji təhlükəsizliyi baxımından Azərbaycan və Türkiyə ilə əməkdaşlıq olduqca vacibdir”.
Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan regionda təhlükəsizliyə töhfə vermək gündəliyinə hər zaman sadiqdir və Azərbaycan üzərindən Ermənistana daşınan yüklərlə bağlı məhdudiyyətlərin aradan qaldırılması da məhz bu məqsədi güdür:"Bütövlükdə, xüsusən də Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları, həmçinin Ermənistan-Türkiyə normallaşma prosesi nəticə etibarilə sülh müqaviləsinin bağlanmasına gətirib çıxararsa, bu, regionda əməkdaşlığın daha da güclənməsinə şərait yaradacaq”.
Onun sözlərinə görə, qiymətləndirmələr göstərir ki, 38 məhsul üzrə Ermənistan və Azərbaycanın qarşılıqlı xarici ticarət əlaqələri qurmaq imkanı var. Hər iki ölkə bu məhsullar üzrə müqayisəli üstünlüyə malikdir ki, bu da il ərzində təxminən 300 milyon dollarlıq ticarət dövriyyəsi deməkdir:“Ona görə də, Ermənistan konstitusiyasına düzəlişlər nə qədər tez edilərsə, sülh müqaviləsi nə qədər tez bağlanarsa, regionda iqtisadi əməkdaşlıq və dayanıqlı sülh üçün imkanlar bir o qədər genişlənəcək”,-deyə deputat bildirib.
Çimnaz Telmanqızı
05:37 / 10 Noyabr 2026
51
05:27 / 10 Noyabr 2026
52
04:34 / 10 Noyabr 2026
91
04:12 / 10 Noyabr 2026
113
02:34 / 10 Noyabr 2026
133
02:02 / 10 Noyabr 2026
127
01:30 / 10 Noyabr 2026
255
01:19 / 10 Noyabr 2026
409
01:00 / 10 Noyabr 2026
182
00:25 / 10 Noyabr 2026
769
00:20 / 10 Noyabr 2026
147
00:14 / 10 Noyabr 2026
370
00:08 / 10 Noyabr 2026
139
23:52 / 09 Noyabr 2026
238
23:52 / 09 Noyabr 2026
1976
23:48 / 09 Noyabr 2026
146
23:42 / 09 Noyabr 2026
359
23:37 / 09 Noyabr 2026
407
23:32 / 09 Noyabr 2026
174
23:28 / 09 Noyabr 2026
184
23:23 / 09 Noyabr 2026
147
23:17 / 09 Noyabr 2026
229
23:12 / 09 Noyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.